BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
19068

Mərkəzi Bankın 2021-ci il hesabatına nəzər salan iqtisadçı Rövşən Ağayev yazır ki, pul multiplikatoru 2014-cü ildən bəri ən aşağı səviyyəyə – 1,75-ə düşüb: “Son 5 ildə həmin göstəricinin 2,8-ə yüksəlməsi qeydə alınmışdı. Hazırkı səviyyə həmin maksimumdan az qala 40 faiz aşağıdır”.

Valyuta.Az-ın məlumatına görə, ekspert pul multiplikatorunun geniş pul kütləsinin (M3) pul bazasına nisbəti olduğunu xatırladır: “Mahiyyəti odur ki, bank sektoru yığımların (depozitlərin) daha sürətlə genişlənməsi hesabına Mərkəzi Bankın emissiya edib sərəncam verdiyi nağd pulun üzərinə nə qədər qeyri-nağd pul kütləsi əlavə edə bilir. İqtisadiyyatdakı pul kütləsi nağd pulla qeyri-nağd pulun cəmindən ibarətdir. Nağd pul deyərkən həmçinin ehtiyatlar və müxbir hesablardakı vəsaitlər nəzərdə tutulur. Qeyri-nağd pul nə qədər böyük həcmdə olursa, pul multiplikatoru da bir o qədər yüksəlir. Hazırda müxtəlif ölkələrdə yaxşı hesab edilən səviyyə 3,5 və daha yüksək göstəricidir.

Reallıqda qeyri-nağd dövriyyənin artıran əsas həlqə bank-maliyyə sektoru olsa da, bu, iqtisadiyyatın potensialına bağlı məsələdir. İqtisadiyyatın bankların əlindəki maliyyə resurslarına tələbatı da, həmin resursların istifadəsi hesabına milli gəliri artırmaq potensialı da yüksək olmalıdır ki, əldə olunan qazancların bir hissəsi qənaətə çevrilib depozit kimi banklara qayıtsın. Nəzəri olaraq emissiya edilmiş hər manat yığıma çevrilə biləcək əlavə 4 manat yarada bilmirsə, deməli, iqtisadiyyatın əlavə dəyər yaratmaq potensialı minimum səviyyədədir.

Mərkəzi Bankın çap maşınının sürəti iqtisadiyyatın potensialından istifadə sürətini çox qabaqlayanda multiplikatorun da səviyyəsi azalır. İqtisadiyyatın real böyümə sürətinin 5 faizdən bir az çox olduğu şəraitdə pul bazası 33 faizə yaxın, qeyri-nağd pul kütləsi 29 faiz artıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin