BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

"Nağdlaşdırma limiti qanunsuzdur”.

Valyuta.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib. Ekspert 2017-ci ildən etibarən dövriyyəsindən (200.000 manata qədər və ondan yuxarı) asılı olaraq fərdi sahibkarlara və hüquqi şəxslərə ay ərzində müvafiq olaraq 15.000 və 30.000 manatdan çox vəsaiti nağdlaşdırmağa imkan verilmədiyini vurğulayıb:

"Son 5 il ərzində Mərkəzi Bankın dəstəyi ilə banklar tez-tez lovğalanaraq gileylənir ki, ay, nə bilim pulumuz (likvid vəsaitimiz) çoxdur, amma hara yerləşdirməyi (yəni kimə kredit verməyi) bilmirik. Əslində, bu riyakarlıqdır. Onlar gözəl bilir ki, hesablarda olan əksər vəsaitlər fərdi sahibkarlara və hüquqi şəxslərə mənsubudr və həmin vəsaitlər banklarda qanunsuz olaraq zorla saxlanılır. Əsas kimi 2017-ci ildən qüvvəyə minmiş "Nağdsız hesablaşmalar haqqında” qanuna istinad edilir.

Halbuki, əslində sözügedən qanunun 3.3-cü maddəsinə əsasən, fərdi sahibkarlar və hüquqi şəxslər sadəcə ay ərzində həmin limitdən artıq olan hesablaşmalar üzrə ödənişləri yalnız nağdsız qaydada həyata keçirməlidir. Nağdsız hesablaşmanın da nə demək olduğu həmin qanunun 3.1-ci maddəsində təsbit edilib: söhbət digər şəxsə vəsaitin verilməsindən gedir. Yəni hər kəs öz hesabından istədiyi qədər vəsaiti çıxarıb kassasında saxlaya bilər (və bu da ədalətlidir, çünki etimadı zorla qazanmaq olmaz: banklar müflisləşəndə ilk növbədə sahibkarlıq subyektlərinin vəsaiti batır və dövlət onlara təminat vermir). Əsas odur ki, ay ərzində başqalarına nağd qaydada sözügedən limit çərçivəsində ödəniş etsin”.

Əkrəm Həsənov bildirib ki, qanunu tamamilə yanlış tətbiq edərək banklar süni şəkildə yüksək likvidliklərini təmin edir:

"Kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində xeyli şirkət "ağardığı” üçün də bankların depozit bazası bir qədər də artıb. Amma həmin vəsaitləri kredit verməyə də qorxurlar. Çünki bilirlər ki, vəsaitlərin əksər hissəsi onlarda xoşluqla deyil, məcburən saxlanılır. O cümlədən bank sisteminin guya inkişaf etdiyini göstərmək üçün…”

Son xəbərlər

Rabitəbank uşaq evini ziyarət etdi (FOTO)

“Kupça”sız evlər də sığorta pulu ödəyəcək? – AÇIQLAMA

Türkiyə Azərbaycandan ildə 1 milyon turist qəbul etmək istəyir

Aqrar Sığorta Fondu fermerlərə növbəti dəfə ödəniş edəcək

“Gilan Orchards”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyula bilər

Azərbaycan əhalisi televiziyalarda nə izləyir?

Azərbaycanda utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri nə qədər olacaq?

Azərbaycanda utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri nə qədər olacaq?

"Utilizasiya proqramı Azərbaycanda avtomobilləri bahalaşdıracaq" - Millət vəkili

"Yaxın həftələrdə “Abşeron” yatağından ilk qaz çıxarılacaq" - "Total"

“Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin sammitinə gəlib

Nazirliklərin avtomobilləri SATIŞA ÇIXARILDI - 800-18000 MANAT

Nazirliklərin avtomobilləri SATIŞA ÇIXARILDI - 800-18000 MANAT

Aparıcı Azər Zahidə “stop” qoyula bilər - İş məhkəmədə!

ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur? - ŞƏRH

Bayden ABŞ-da "fəlakətli defoltun" qarşısının alındığını elan etdi

Manatın effektiv məzənnələri il ərzində artıb

Bakıda təcili eniş edən "British Airways"in təyyarəsi yola düşüb

Aqrar İnnovasiya Mərkəzinə təyinat olub - FOTO

Ərdoğan Prezident Külliyəsində qələbə çıxışı edib

Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü

Bütün xəbərlər