BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

“Nazirlər Kabinetininin Azərbaycanda ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində qeyd edilən məsələlər Azərbaycanda ərzaq təhlükəsizliyinin dayanıqlığınına xidmət edəcək”.

Valyuta.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçi direktorunun müavini Ramil Hüseynli deyib.

Onun sözlərinə görə, hökumətin əsas hədəflərindən biri ölkənin ərzaqla davamlı təminatıdır: “Bildiyimiz kimi, ərzaq təhlükəsizliyi özündə 4 mühüm elementi birləşdirir: ərzağın mövcudluğu, ərzağa çıxış, keyfiyyətli ərzaqdan istifadə və ərzaqla davamlı təminat. Azərbaycan davamlı olaraq bu 4 sütün üzrə özünün ərzaq təhlükəsizliyi göstəricilərini yaxşılaşdırmağı hədfləyir. Hələ 2001-ci ildə qəbul edilmiş “Ərzaq təhlükəsizliyi Proqramı”nda vurğulanırdı ki, ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir və bu hüququn təmin edilməsi hökumətin mühüm vəzifələrindən sayılır. Hökümətin sonuncu iclasında müəyyənləşdirilən baza prinsipləri də məhz bu mühüm vəzifənin icrasına xidmət edir”.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə "Report"a bildirib ki, hökumətin atacağı addımlar nəticəsində ölkədə ərzaq ehtiyyatları yaradılacaq: “Azərbaycanda hökumətin müəyyənləşdirdiyi müvafiq istiqamətə uyğun olaraq bundan sonra da yerli resurslardan məksimum istifadə etməklə yerli istehsal potensialı gücləndiriləcək. Eyni zamanda Dövlət Taxıl Fondu ilə birgə fermerlərin buğda istehsalını təşviq etmək üçün yeni mexnizmlərinin yaradılması üzərində təkliflər hazırlanacaq. Bu gün əsas etibarilə bizim ərzaq məhsullarının əksəriyyəti ilə özümüzü təmin etmə səviyyəmiz yüksəkdir. Ət, süd məhsulları ilə özümüzü 84-85 % təmin edirik. Azad olunmuş torpaqlarda kənd təsərrüfatı bərpa olunanda bu göstəricilər də yüksəlib 98-99 % olacaq. Kartofla özümüzü 90 %-dan çox təmin edirik. Orta müddətli dövr ərzində kartofla özünü təmin etmə də demək olar ki, 100 % -ə gəlib çatacaq. Yalnız buğda üzrə özünü təmin etmə səviyyəsində aşağı göstərici davam edir. Onun da istehsalının artırılması üçün məhsuldarlığın artırılması əsas məsələlərdən biridir. Həm ölkənin ərzaq ehtiyyatları yaradılacaq, həm də yerli istehsalın göstəriciləri getdikcə yüksələcək”.

Xatırladaq ki, yanvarın 18-də Nazirlər Kabinetində keçirilmiş iclasa ölkədə ərzaq məhsulları ilə təminat sahəsindəki əsas prinsiplər açıqlanıb. Sözügedən 6 baza prinsip ərzaq təhlükəsizliyində əsas məhsullar üzrə ağırlıq mərkəzinin əsasən yerli istehsalın üzərinə keçirilməsi, ərzaq məhsullarının qiymətinin liberallaşdırılması, haqsız rəqabətə qarşı mübarizə gücləndirilməsi və digər məsələləri əhatə edir.

Son xəbərlər

TƏBİB: Meymunçiçəyi daha çox gəmiricilərdən, primatlardan yoluxur

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

Bakı-Sumqayıt qatarları qeyri-iş günlərində belə işləyəcək

TƏBİB: "Meymunçiçəyi koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil"

Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min manatı kim alıb?

Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min manatı kim alıb?

Bayramda metronun "Bakmil" stansiyası iş günləri qrafiki üzrə çalışacaq

Son sutkada koronavirusa yoluxanların sayı açıqandı

Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını ediblər (YENİLƏNİB)

Şantaja SON: İnternetdə problemli fotolarınız varsa, nə etməlisiniz? - AÇIQLAMA

Rəşad Nəbiyevin yeni müavinlərinin cavabdeh olacağı sahələr müəyyənləşdi

Nazir: “Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb”

Rövşən Rüstəmov: "Yeni peykin yaradılması ilə bağlı bu il ərzində qərar veriləcək"

Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən yeni görüntülər (VİDEO)

Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən yeni görüntülər (VİDEO)

Vilyam Hacıyev: "Otağımda aşkarlanan 6 milyon manat arvadımın babasından miras qalmışdı"

Daşınmaz əmlaka görə ödənilən ƏDV necə geri qaytarılacaq?

Orqan transplantasiyası ilə bağlı cərimələr - MƏBLƏĞ

Azərbaycanda fərdi uçot elektron qaydada aparılacaq

Sabah Azərbaycanda 29 dərəcə isti olacaq

Yeni cərimə müəyyənləşir - 5 min manata qədər

Ucarda avtovağzalı ləğv edib, yerində obyekt açırlar (FOTOLAR)

Ucarda avtovağzalı ləğv edib, yerində obyekt açırlar (FOTOLAR)

Bütün xəbərlər