Bank sektoruna edilən güzəştlər nəyi dəyişəcək? – Mərkəzi Bankın tövsiyələri şərh olundu
Pandemiya səbəbindən bank sektorunda tətbiq olunan bir sıra requlyativ dəstək tədbirlərinin tətbiqi bu ilin sonunadək uzadılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov açıqlama verib.
Bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti qərar qəbul etdiyini deyən deputat qurumun açıqlamalarına istinad edib.
V. Bayramov qeyd edib ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə tətbiq edilmiş məhdudiyyət rejiminin yumşaldılması fonunda və iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Mərkəzi Bankının İdarə Heyətinin 30 sentyabr 2021-ci il tarixli 26 nömrəli qərarına əsasən requlyativ dəstək tədbirlərinə yenidən baxılıb, ölkədə pandemiya şəraitinin davam etdiyi nəzərə alınaraq pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi tədbirlərinin müddəti bir daha uzadılıb.
“Belə ki, kredit öhdəliklərinin gecikdirilməsi halında borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşdirilməməsi barədə kredit təşkilatlarına verilmiş tövsiyələr əlavə olaraq 3 ay müddətinə uzadılıb və 01 yanvar 2022-ci il tarixinədək qüvvədə saxlanılıb.
Mərkəzi Bank bəyan edib ki, maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla, requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirilir və adekvat siyasət qərarları qəbul edilir”, - deyə ekspert vurğulayıb.
Qərara sadə dildə izahat verən millət vəkili bildirib ki, Mərkəzi Bank, pandemiya səbəbindən yubanmalar qeydə alındığı halda, borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması və kredit tarixçəsinin pisləşdirilməməsini tövsiyyə edir.
Mərkəzi Bank tərəfindən güzəşt müddətlərinin uzadılmasını təqdirə layiq hal kimi dəyərləndirən millət vəkili, Milli Məclisin yaz sessiyasında pandemiya ilə yanaşı, 2015-ci ildə baş verən devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adların ictimaiyyət arasında “qara siyahı” adlandırılan siyahıya salınmamasını ilə bağlı da təkliflər verdiyini diqqətə çatdırıb.
Ziya İkramlı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay