BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.0991
18187

"Qiymət artımı ilə bağlı vəziyyət ağırdır”.

Bunu iqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli çörəyin qiymət artımını şərh edərkən deyib.

Onun fikirincə, çörək həssas məhsul olduğundan insanlar başqa malların bahalaşmasından daha çox çörəyin bahalaşmasına reaksiya verir:

"Mən çörəyin qiymətinin sabit qalmasını doğru saymıram. Çünkü çörək istehlakı ailənin büdçəsində çox az hissəsini təşkil edir və ondan daha çox bahalaşan digər məhsullara adekvat reaksiya verilmir. Çörəyin qiymətinin sabit qalması, bahalaşmasının qarşısını inzibati yollarla almaq cəhdləri həmişə olub. Bunu doğru hesab etmirəm, bu, bazar iqtisadiyyatına müdaxilədir. Bazar istisadiyyatında iqtisadi proseslərə hökumətin müdaxiləsi yersizdir. Hesab edirəm ki, hökumət səbəbləri aradan qaldırmalıdır”.

Azərbaycanda çörəyin qiymətinin bahalaşmasına gəldikdə isə Nazim Bəydəmirli bildirib ki, ölkəyə ərzaq buğdası idxal olunur:
 
"Ərzaq buğdasını biz əsasən Rusiyadan idxal edirik. Bu ilin əvvəlindən Rusiyada aksiz vergisi tətbiq edilib və bu səbəbdən bahalaşması bazarın tələbidir. Ancaq bunun inzibati yollarla saxlanılmasını doğru saymıram. Hesab edirəm ki, bu, sahibkarlara təzyiq mexanizmidir, iqtisadiyyatın inzibati yollarla tənzimlənməsi siyasətidir. Ancaq onunbahalaşmanın qarşısının alınmasının normal metodları var. Çörək undan istehsal olunur, un da buğdadan. Hökumətin daxildə apardığı siyasət, yəni un istehsalçılarına dəstəyi ona gətirib çıxardır ki, una əlavə dəyər vergisi alınmır, ancaq buğdaya əlavə dəyər vergisi alınır. Guya bununla nəyisə tənzimləyirlər. Ancaq müxtəlif istehsalçılar var, məsələn, elə Rusiyanın özündən də Azərbaycana un ixrac edə bilərlər”. 

Ekspertin fikrincə, bu baxımdan unun qiymətini stabil saxlamaq olar:

“Hökumətin iqtisadçıları və Nazirlər Kabinetinin başbilənləri bu sadə prinsipi qəbul edib başa düşə bilmirlər. Ona görə həm daxildə monopolistlərə dəstək verirlər, həm də buğdanın əlavə dəyər vergisindən azad etməmək və unu əlavə dəyər vergisindən azad etməklə iki dəfə yerli "inhisarçılar”a şərait yaradırlar. Ancaq istehsalçıları, vətəndaşları düşünmürlər” .

Qeyd edək ki, Azərbaycanda bəzi firmalar çörəyin qiymətini bahalaşdırıb. Konkret olaraq bahalaşma iki firmanın - "Çörəkçi” və "Nömrə 1”-in məhsullarında özünü göstərib.

Mənbə: Qaynarinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

"İnter Pazarlama" məhkəmə qarşısında

Xankəndidə ilk körpə doğuldu (FOTO)

Xankəndidə ilk körpə doğuldu (FOTO)

JPCERT: Dünyada 200 mindən çox sayt təhlükə qarşısındadır

Xəzərdə yaradılacaq yeni adalar ölkənin hansı iqtisadi potensialına təsir edəcək? (ŞƏRH)

Uzun fasilədən sonra iş həyatına necə qayıtmaq olar?

COP29-la bağlı vergi güzəştləri tətbiq ediləcək

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı (FOTO)

Azərbaycanda GES üzrə ilk hərrac elan edildi

Sair büdcə daxilolmaları 3 dəfə artıb

Azərbaycanın xarici dövlət borcu açıqlandı

Oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə təsir edir?

Oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə təsir edir?

Prezident: "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik"

Bu işçilərə kompensasiya veriləcək – Yeni qanun

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir

QIWI-ni 2024-cü ilin sonuna qədər ciddi itkilər gözləyir

“Dojd” telekanalının baş direktoru dəyişdi

ADA-da COP29-la bağlı forum keçirilir, Prezident iştirak edir

Azərbaycanda siqaret istehsalı üçün yerli xammaldan istifadə şərt olacaq

Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir

Bakıda 29 dərəcə isti olacaq

Yeni dövlət rüsumu müəyyənləşir

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

İş təklifini rədd etmək üçün 7 səbəb

Süni torpaq sahələrində sahibkarlara güzəşt və təşviqlər tətbiq edilə bilər

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət etdi

Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?

Mərkəzi Bankdan Azərbaycan Sahibkarlar Konfederasiyasına transfer

Mərkəzi Bankdan Azərbaycan Sahibkarlar Konfederasiyasına transfer

Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv edilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin