BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.0991
16926

“Maliyyə ilində dövlət büdcəsindən əməyin ödənilməsi məqsədi ilə ayrılan vəsaitin həcmi təsdiq olunmuş proqnoza uyğun olaraq həyata keçirilir”.

Bu fikri Milli Məclisin iqtisadçı deputatı Valyuta.az-a eksklüziv açıqlamasında söyləyib.  

Eyni zamanda, əməyin ödənilməsi xərclərinin bəzən əvvəlki illərlə müqayisədə dəyişdiyini söyləyən deputatın sözlərinə görə, əksər hallarda burada təkrar artımlar müşahidə olunur. 

V.Bayramov, 2021-ci ilin dövlət büdcəsində sosial-iqtisadi istiqamətdə 11 milyard 111 milyon manat vəsaitin ayrılmasının nəzərdə tutulduğunu da diqqətə çatdırıb: 

“Praktiki olaraq sosial xərclər ümumi büdcə xərclərinin 40 faizinə yaxınını formalaşdıracaq. Bunun da əhəmiyyətli hissəsi əməyin ödənilməsi xərcləridir. Əslində 6 aylıq yekuna nəzər yetirsək, proqnoza nisbətən əməyin ödənilməsi xərcləri artıq olub. Ancaq əvvəlki illərə nisbətən bu xərclər azalıb. Burda isə proqnozun aylar üzrə bölünməsi, yəni strukturdakı fərqlər təsir edir”.

Onun sözlərinə görə, əgər aylar üzrə proqnozlara diqqət yetirilsə, bəzi aylarda daha çox vəsait ayrıldığını görmək olar: 

“Yanvar ayı maliyyə ilinin ilk ayı olduğuna görə, adətən büdcədən ayrılan vəsaitlərin həcmi az olur. Başqa bir səbəb isə, vəsaitin ayrı-ayrı aylar üzrə ayrılması dinamikasında dəyişikliklər müşahidə edirik”. 

Onun fikrincə, bu baxımdan da cari ildə nəzərdə tutulan proqnoza əməl ediləcəyi gözlənilir: 

“Güman olunur ki, proqnoza uyğun olaraq əməyin ödənilməsi həyata keçiriləcək”. 

2020-ci ilin fərqli il olduğunu deyən millət vəkili, bunda pandemiyanın da təsirləri olduğunu düşünür:  

“Bu təsirlər səbəbindən sosial-iqtisadi istiqamətdə ayrılan vəsaitlərin həcmində, həm də sosial layihələrin və iş yerlərinin sayında artım müşahidə olundu. Ötən il həm sosial istiqamətdə, həm də pandemiya ilə mübarizədə daha çox vəsaitin ayrılması baş verdi. Bu da illik müqayisədə özünü açıq şəkildə göstərir. Ancaq büdcədən sosial-iqtisadi sahəyə ayrılan vəsaitlər və əməyin ödənilməsi xərcləri göstərir ki, cari ildə proqnozlaşdırılan vəsaitləri də bu istiqamətə ayırmaq mümkün olacaq”. 

Qeyd edək ki, Maliyyə Nazirliyi “2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabat”ını açıqladı. 

Sənəddə, cari ilin yanvar-iyun aylarında dövlət büdcəsindən əməyin ödənişi xərclərinin 1 milyard 733,1 milyon manat icra edildiyi qeyd edilib. 

“Bu vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz və ya 59,3 milyon manat az olub. Əməyin ödənişi xərcləri proqnoza nisbətən 8,1 faiz və ya 130,1 milyon manat artıq icra edilərək illik proqnozun 42,9 faizini təşkil edib. 

Cari ilin yanvar-iyun aylarında əməyin ödənişi xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və iyun aylarlnda az, mart, aprel may aylarında çox fevral ayında isə eyni səviyyədə icra edilib” – deyə hesabatda vurğulanıb. 

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi

"Azərsu" məhkəmə qarşısında

"Kia" ilk yük maşınının şəklini yayımladı

Çin son il yarımda ilk dəfə Rusiyaya avadanlıq tədarükünü azaldıb

"Nakhısh" MTK-ya 2 protokol tərtib edildi

Belarus dost olmayan ölkə vətəndaşlarına dividentlərin ödənilməsini məhdudlaşdırdı

Putindən Şoyquya qədər - Fransız şirkəti Rusiya hökumət təyyarələrini təchiz edir

Tanınmış iş adamının şirkəti məhkəmə qarşısında

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırdı

"Tesla" avtomobillərinin qiymətləri endirildi

Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi

Bavariyada otellər və restoranlar kütləvi şəkildə bağlanır: "Hökumətdən artıq heç nə gözləmirik"

Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır

"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı (FOTO)

ADA-da COP29-la bağlı forum keçirildi, Prezident iştirak etdi (YENİLƏNİB)

Bakıda məşhur həkim klinikasını satışa çıxardı (FOTO)

Sığorta ödənişinin verilməsi qaydası dəyişib

İsveçrədə Rusiyanın nə qədər aktivinin bloklandığı açıqlandı

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək ®

"İnter Pazarlama" məhkəmə qarşısında

Xankəndidə ilk körpə doğuldu (FOTO)

Xankəndidə ilk körpə doğuldu (FOTO)

JPCERT: Dünyada 200 mindən çox sayt təhlükə qarşısındadır

Xəzərdə yaradılacaq yeni adalar ölkənin hansı iqtisadi potensialına təsir edəcək? (ŞƏRH)

Uzun fasilədən sonra iş həyatına necə qayıtmaq olar?

COP29-la bağlı vergi güzəştləri tətbiq ediləcək

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı (FOTO)

Azərbaycanda GES üzrə ilk hərrac elan edildi

Sair büdcə daxilolmaları 3 dəfə artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin