BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
16761

“Ələtdəki Azad İqtisadi Zonanın əsas məqsədi xarici sərmayələr cəlb etməkdir”.

Valyuta.az Cebhe.az-a istinadən xəbər verir ki, bunu Zonanın səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib:

“Bu, həm də yeni təcrübələrin və yeni biliklərin cəlb edilməsi deməkdir. Azad İqtisadi Zonada çalışan investorlarla Azərbaycan iqtisadiyyatının subyektləri arasında münasibətlərin qurulması ölkə iqtisadiyyatına töhfə verməkdir. Biz bu zonada yüksək əlavə dəyərli, ixrac yönümlü məhsul istehsal edən investorları gözləyirik. Onlar üçün biz əlverişli şərait, o cümlədən normatik-hüquqi baza yaratmışıq. “Ələt Azad İqtisadi Zonası haqqında” qanun investorlar üçün əlverişli şərait yaradır”, - o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zona ilə bağlı bildirib ki, bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır:

“Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan verib. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcək. Bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi”.

Ölkədə qeyri-neft sektorunun inkişafına xidmət edəcək Ələt Azad İqtisadi Zonasına ilə bağlınə etmək lazımdır ki, investorlar ona üstünlük versin?

İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirib ki, mövcud vəziyyət ümumi biznes mühitə təsir göstərir:

“Onu qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti əsas iqtisadiyyata olan müvafiq çatışmazlığı müəyyən qədər neytrallaşdırmaq üçün Ələt Azad İqtisadi Zonasına aid xüsusi qanun qəbul edib. Bu qanunda mülkiyyət hüququ, məhkəmə hüququ və verilən bütün güzəştlər öz əksini tapıb. Ancaq xarici investorların tələb etdiyi, ayrıca bir qanunvericilikdə müvafiq bütün şərtlərin əks olunması məsələsi idi ki, bu qanun hansısa uzunmüddətli dövrdə dəyişikliyə uğramasın. İnvestorun ən azından qoyulan investisiyanın repopulyasiyası dövründə müəyyən bir zəmanəti olsun ki, oraya hər hansı bir şərtlərin dəyişməsi ilə üzləşməyəcək və onun qoyduğu investisiyanın reallaşması imkanı olacaq.

Təəssüf ki, Ələt Azad İqtisadi Zonası hələ fəaliyyətə başlamadan “Azad İqtisadi Zonalar haqqında qanunda” bir neçə dəyişiklik edilib. Ola bilsin ki, müvafiq məqam müəyyən güvənsizlik doğurur. Çünki onlar daha sabit, dəyişikliyə ehtiyac olmayan bir mexanizm istəyir, bu şərtlər daxilində fəaliyyət göstərmək istəmirlər. Məsələn, Vergi Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə hər il dəyişiklik edilir. Ona görə də onlar ayrıca qanun istəyirdi və ancaq gözlədikləri kimi bir qanun yox, dəyişə bilən bir qanun olduğu üçün müəyyən güvənsizlik var”.

Ekspertin fikrincə, digər bir məsələ isə odur ki, bu proses pandemiya dövrünə düşüb:

“İndiki dövrdə də qlobal transmilli şirkətlərin investiya imkanları azalıb. Dünyanın özündə investisiya istiqamətində rəqabətli mühit formalaşıb. Ölkələr çalışır ki, mümkün qədər öz iqtisadiyyatlarında yaranmış problemləri xarici investisiya cəlb etməklə müəyyən qədər neytrallaşdırsınlar. Bu da nəticədə Azərbaycan kimi ölkələrə meyili qismən aşağı salır. Bundan başqa, 2020-ci ildə baş verən müharibə və müharibədən sonra tam sabitliyin yaranmamasıdır. Bu da investorların diqqətindən yayınmır və onlar bu prosesin sonunu gözləməyə üstünlük verirlər. Eləcə də Ələt Azad İqtisadi Zona ilə bağlı qlobal investorlar arasında normal təbliğatın həyata keçirilməməsi, normal zəmanətin onlara verilməməsindən qaynaqlanır. Yəni aidiyyəti qurumlar bu istiqamətdə daha tərəddüdlü, daha passiv davranırlar”.

Ekspert deyir ki, buraya Azərbaycanın qeyri-neft sektorunda xarici investor təcrübəsinin az olmasını da əlavə etmək olar:

“Bizim qeyri-neft sektorunda xarici investorların sayı çox olsaydı, onda onların özünün Ələt Azad İqtisadi Zonasına meyilliliyi həddən artıq güclü olacaqdı. Onlar eyni zamanda öz əlaqələrindən istifadə etməklə buraya daha geniş investisiya cəlb edə bilərdilər. Ancaq təəssüf ki, bizdə hazırda tamamilə fərqlidir, xüsusilə də qeyri-neft sektorunda xarici investor iştirakçılığı çox azdır”.

Ekspertin fikrincə, biz prosesin pərdəarxasını görmürük:

“Özümüzdə əsas iqtisadiyyatda belə rəqabətliliyin qorunması, monopoliyanın qarşısının alınması ilə bağlı qanunlar var. Bu qanunlar necə tətbiq olunur? Təbliğatda başqadır. Qanunlar qəbul ediləndə deyilənlərlə faktiki icrada olanlar fərqlidir. Bəzi hallarda bizə xüsusi iqtisadi zonalarla bağlı qeyri-adekvat informasiyalar gəlib çatır. Məsələn, sənaye parklarına rezidentlərin qəbul edilməsi zamanı müəyyən iddialar səsləndirilir. Əminliklə deyə bilmirəm ki, qanundakı boşluqlar aradan qaldırılsa, məsələ həll olunacaq. Azərbaycan kimi ölkələrdə qanunlar heç də hər zaman təminat deyil. Çünki onun necə tətbiq olunacağından investor əmin olmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin