BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
15736

Azərbaycan təhsilində ən böyük problemlərdən biri şagirdlərin və tələbələrin xarici dil biliyinin zəif olmasıdır. Hazırda orta ümumtəhsil məktəblərində xarici dil kimi ingilis, rus, alman, ərəb, fransız, fars dilləri tədris olunur.

Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin keçilməsi I sinifdən başlanır. Tədrisi I sinifdən başlanan xarici dil uşağın məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir.

Xarici dilin (dillərin) tədrisi üçün məktəbdə müvafiq pedaqoji kadr potensialının və maddi-tədris bazanın olması zəruri şərt hesab edilir. Nəzərdə tutulan bir neçə xarici dil tədris olunan məktəbdə övladı üçün müvafiq xarici dil onun valideyni (digər qanuni nümayəndəsi) tərəfindən seçilir. Valideynlərin (digər qanuni nümayəndələrin) seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər. Bu halda bir necə hal nəzərə alınmalıdır. Bu hallar həmin sinfin nəzərdə tutulmuş qayda üzrə 2 qrupa bölünməsi, bu qrupların bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə komplektləşdirilməsi, məktəbdə həmin xarici dillərin hər biri üzrə ən azı iki nəfər müəllimin olması və s-dir.

Sadalanan xarici dillər 11 il müddətində şagirdlərimizə tədris olunur, amma onlar orta məktəbi həmin dilləri yaxşı mənimsəməmiş şəkildə bitirirlər. Bunu nəzərə alan bir çox valideyn övladının xarici dilə yaxşı yiyələnməsi üçün onu ya repetitor yanına göndərir, ya da əlavə kursılara yazdırır.

Bəs orta məktəbdən məzun olan yeniyetmələrin xarici dil bilikləri niyə zəif olur? 
Problemin əsas səbəbləri nədir, bunun aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?


Valyuta.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Modern.az-ın suallarını cavablandırı.

Ekspert deyib ki, hazırda ölkənin 4447 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır ki, onların xarici dil seçimi zamanı qanunvericiliyik və valideynlərin istəyi əsas götürülür:

“Azərbaycanda xarici dil kimi ilk növbədə ingilis və rus dilləri öyrənilir. Ölkədə 440 min şagird xarici dil kimi rus dilindən istifadə etsə də, 1 milyon 200 minə yaxın şagird ingilis dilinə üstünlük verir. Bundan başqa, bəzi orta ümumtəhsil məktəblərində fransız, alman və ərəb dilləri də tədris olunur.

Orta ümumtəhsil məktəblərində xarici dilin zəif tədrisinin, şagirdlərin dil biliyi və bacarıqlarının aşağı olmasının əsas səbəbi dərsliklərimizin yalnız informasiya xarakteri daşıması, məlumat üslubunda hazırlanmasıdır".

Hazırlıq kurslarında isə vəziyyətin tamamilə fərqli olduğunu söyləyən ekspert bildirib ki, repetitor yanında hazırlıqda və kurslarda şagirdlər tamamilə fərqli kitablardan istifadə edirlər: 

"Məsələn “Murphy”, “Oxford”, “Cambridge” kimi beynəlxalq dillərdə tədris olunan kitablar istifadə olunur. Bizim orta ümumtəhsil məktəblərimizdə tədris olunan kitablar akademik bilik verir. Oxuma, yazma, müəyyən söz bacarığını formalaşdırır. Lakin danışma, informasiyanın öyrədiciliyi aşağı səviyyədədir.

Bu səbəbdən ilk problem dərsliklərlə bağlıdır. İkinci ən böyük problem isə müəllimlərdədir. Xarici dil tədris edən müəllimlərin 32%-i orta ixtisas təhsillidir, yəni bu sahə üzrə ali təhsil almayıb. Yəni ki, şagirdlərin xarici dili zəif bilməsinin əsas səbəblərindən biri müəllimlərin bilik və bacarıqlarının keyfiyyətli olmamasıdır. Onların bilik və bacarıqlarını artırsaq, şagirdlər üçün də faydalı olacaq". 

Onun sözlərinə görə, bu gün orta əksər ümumtəhsil məktəblərində xarici dil fənninin tədrisi ilə bağlı metodik vəsaitlər, linqvistik aparatura və texnika demək olar ki, yox səviyyəsindədir: 

"Çünki bir çox hallarda xarici dillərin tədrisi zamanı müəyyən dinləyici qurğulardan istifadə olunmalıdır. Lakin bizim orta məktəblərimiz bu avadanlıqlarla təchiz olunmayıb. Bundan başqa, hazırlıq kurslarında və repetitor yanında şagirdlər və abituriyentlər əldə etdikləri bilikləri “Conversation club”larda müzakirə edirlər. Lakin orta məktəblər bu imkanlardan da məhduddurlar. Bu səbəbdən orta ümumtəhsil müəssisələrini bitirən yeniyetmələr dili birmənalı şəkildə zəif mənimsəyirlər”.

Ekspertin sözlərinə görə, xarici dilləri tədris edən müəllimlər mütəmadi olaraq təlimlərə cəlb edilməlidirlər:

“Müəllimlərin müasir resurslardan, avadanlıqlardan istifadə etmə vərdişləri yaranmalıdır. Orta sinif müəllimləri orada dərsliklərlə yanaşı, keyfiyyətli tədrisi həyata keçirmək üçün beynəlxalq kitablardan da istifadə etməlidirlər. Çünki şagirdlər orta məktəb bilikləri ilə bütün məlumatları əldə edə bilmirlər.

Yaxşı olar ki, beynəlxalq qiymətləndirməyə cəlb edilən imtahan proqramı da orta məktəblərimizin proqramına daxil edilsin. Şagirdlərə təkcə söz deyil, həmin sözlərdən cümlə qurmaq və danışmaq öyrədilsin”.

Laçın rayonu üzrə orta məktəblərdən birinin direktoru, xarici dil müəllimi  Şəbnəm Cəbrayıl isə tamamilə fəqli fikirdədir. Müəllim bildirib ki, orta məktəbi bitirən uşaqlar arasında xarici dilləri yaxşı mənimsəyənlər də var:

“Orta məktəbi bitirən uşaqların  bəziləri xarici dili yaxşı mənimsəyirlər, lakin danışıqları zəif olur. Çünki xarici dili dil daşıyıcısının özündən eşitmək daha yaxşı effekt verir.

Uşaqlar artıq əvvəlki illərdəki kimi deyil. Dərsliklər tamamilə dəyişdirildiyi üçün hər bir mövzunu mənimsəyə bilirlər. Dil öyrənmək həm də bir növ istedaddır. Əsasən uşaqların özündən və müəllimin öyrətmə qabiliyyətindən asılıdır. Həm təhsil alan, həm də təhsil verənin keyfiyyəti burada rol oynayır.

Hazırda dərsliklər daha yaxşı səviyyəyə gətirilib.

Ən böyük problem Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan prosesini dərsliklərlə uyğunlaşdırmamasıdır. Bu səbəbdən şagirdlər imtahan zamanı çətinlik çəkirlər, məktəbdə tədris olunan mövzular imtahana salınmır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 25%-dək azalıb

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin