BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8152
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1198
15723
Valyuta.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) baş əmək müfəttişi İlkin Vəliyevin “Report” İnformasiya Agentliyinə müsahibə verib:

 

- Son günlər sosial şəbəkələrdə bəzi özəl sektorda çalışan şəxslərin iş saatlarının çox olması barədə şikayətlər yayılır. Mövcud problemlə bağlı bu il üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət və ya şikayət daxil olubmu? Əgər olubsa neçə belə hal qeydə alınıb? Nə kimi qabaqlayıcı tədbirlər görülüb?

- Bu ilin altı ayı ərzində DƏMX vətəndaşlardan daxil olan 6 948 şikayət məzmunlu ərizəni araşdırıraq cavablandırıb. Daxil olan müraciətlərin içərisində iş vaxtının rejimi qaydalarının pozulması ilə bağlı da müraciətlər yer alıb. Daxil olan müraciətlər rəsmi qeydiyyata alınaraq araşdırılır və fakt təsdiqini tapdıqda müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunur.

- İş vaxtının rejimi qaydaları dedikdə nəyi nəzərdə tutursuz?

- İş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

- Ümumilikdə əmək qanunvericiliyində iş saatı nə qədərdir? İşçini normadan artıq işlədən sahibkarları hansı cərimələr gözləyir?

-Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

İnzibati Xətalar Məcəlləsinin 192.4.-cü maddəsinə əsasən, (belə ki, iş vaxtında artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi Əmək Məcəlləsinin 165-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqına əlavə müəyyən edilmiş və əmək haqqı ödənilərkən qeyd edilən əlavənin verilməməsi qanun pozuntusu sayılır. Həmçinin həmin maddəyə görə iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir, yəni mütləq şəkildə əlavə verilməlidir) işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə, vəzifəli şəxslər 700 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir. Məcəllənin 198.1.5.-ci maddəsinə əsasən, normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə, 500 manatdan 1 000 manatadək məbləğdə cərimə edilir.


- 8 saatdan çox iş günü müəyyən etmək olarmı?

- Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.

- Çox işlədilən işçi nə etməli, hara və necə müraciət etməlidir?

- Əmək hüquqları pozulan şəxslər Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada ([email protected]), sosial şəbəkələrimiz vasitəsilə və ya poçtla (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 37) müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Müraciətlər “Vətəndaşların müraciəti haqqında” qanunun tələblərinə əsasən cavablandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Planetin ən təmiz havası bu bölgədədir – Səbəbi bəlli oldu

Neftin qiyməti 130 dollara qalxa bilər - Səbəb nədir?

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir

Yemək və içki həvəskarları üçün Avropanın ən yaxşı şəhərləri (SİYAHI)

Tək səyahət etmək istəyən turistlər üçün 10 qızıl qayda (SİYAHI)

Rusiya əleyhinə sanksiyalar nə qədər davam edəcək? - İqtisadçının təxmini

Maliyyə Nazirliyi rusiyalılara 2024-cü ildə qənaətin yollarını öyrədir

Rusiya qazının avropalı alıcıları siyahısında lider dəyişib

İcra hakimiyyətinin tenderində qanun pozuntusu

"Raiffeisen Bank" ECB-nin Rusiya biznesinin azaldılmasını sürətləndirəcək

Gömrük Komitəsi “Bion Medical”a protokol yazdı

70 dezinformasiya mənbəyi - Kreml Ukraynaya yardımı zəiflətmək üçün nə edir?

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Bakı Baş Səhiyyə Mərkəzi" cərimələndi

Enerji böhranı hər bir Almaniya vətəndaşına ildə 2600 avroya başa gəlir

Aİ ABŞ-ı Rusiyanın aktivlərini əlindən almaq istəməsinə görə qınadı

"Kəpəz İnşaat M" məhkəmə qarşısında

“Ingenuity” Marsdan son mesajını göndərdi

“Azəri Med” gömrük qaydalarını pozmaqda ittiham edilir

“Boston Dynamics” Atlas insanabənzər robotlarını təqaüdə göndərir (VİDEO)

Yağlarla bağlı istənilən ekspertizaya getməyə hazıram - Sədrdən açıqlama

UEFA “Barselona” klubunu cərimələyib

Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə protokol yazıldı

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib

"AzTrans Car" cərimə edilə bilər – 300 minə yaxın borcu var

Ukrayna müsadirə edilmiş Rusiya aktivlərini hara xərcləmək istəyir?

Gömrük komitəsi daha bir şirkətə protokol yazdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin