BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
14432

“Bu ilin ilk 4 ayında bankların həm kredit qoyluşları, həm də problemli kreditlərinin həcmi artıb. Belə ki, ötən ili 14 milyard 530 milyon manat kredit portfeli ilə başa vuran bank sektoru bu göstəricini 14 milyard 987 milyon manata çatdıra biliblər”. 

Valyuta.az xəbər verir ki, bu fikri Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov söyləyib. 

Onun sözlərinə görə, digər tərəfdən, ötən ilin sonunda 893  milyon manat problemli kreditləri olan banklar artıq 921 milyon manat geri qaytarılmayan kreditlərə sahibdirlər: 

“Bu ilin ilk 4 ayında kredit portfeli ilə problemli kreditlərin həcmi ilin əvvəli müqayisədə eyni nisbətdə artıb. Hər iki göstəricidə 3.1 % artım qeydə alınıb. Kredit portfelinin artması müsbət məqam olsa da, problemli kreditlərin məbləğinin son ilin ilk 4 ayında 3.1 faiz artması arzuolunan hal deyil.

Problemli kreditlərinin həcminin artımasında pandemiyanın təsirləri xüsusi rol oynasa da, bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yoxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsirsiz qalmayıb. Eyni zamanda, depozit dividentləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb”. 

Deputat vurğulayıb ki, artıq bəzi banklar xarici valyutada dividentlərə ya faiz ödənişi etmirlər, ya da cüzi divident hesablayırlar: 

“Manat üzrə depozit dividentləri də azalıb. Depozit dividentlərinin düşməsinə baxmayaraq kredit faizlərində nəzərəçarpan azalmalar yoxdur. Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə 2021-ci ilin geridə qalan aylarında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub. Bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb

20 min manata qədər alına biləcək etibarlı avtomobillər

Bu xəbər neft və qızılı bahalaşdırdı

Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - Foto/Video

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ronaldo "Yuventus"u məğlub etdi

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlandı

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlandı

"Toyota Land Cruiser 250"nin qiyməti açıqlandı

Almaniyada OBI sahibinin yoxa çıxması ilə bağlı istintaq bərpa edildi

Mətbuat katibi vəzifəsindən ayrıldı

Yaponiya “Apple” və “Google”u monopoliyaya görə satışların 20-30%-i həcmində cərimələrlə hədələyir

S&P İranla münasibətlərin pisləşməsi fonunda İsrailin reytinqini aşağı saldı

120 milyondan çox yeyinti: Bəzi materiallar DTX-yə göndərilib - Sədrdən açıqlama

120 milyondan çox yeyinti: Bəzi materiallar DTX-yə göndərilib - Sədrdən açıqlama

"ASAN Xidmət" məhkəməyə verildi (SƏBƏB)

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Narkotik istifadə etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq

Bu qadınlar pensiyaya daha tez çıxacaq - Qanuna dəyişiklik edildi

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

İpotekaya xitam verilən hallar genişlənir

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Hesablama Palatası əvvəlki illərdəki auditləri üzrə 2023-cü ildə bərpa olunan vəsaitlərin həcmini açıqlayıb

Parlament vergi orqanlarının vəzifəli şəxslərinin maaşının artırılmasını təsdiqləyib

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin