BAKU Azərbaycan
31.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Təhsil Nazirliyinin açıqlamasına görə, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 min 69 nəfər şagird bitirəcək.

Valyuta.az xəbər verir ki, bu fikri iqtisadçı-ekspert Samir Əliyev açıqlayıb. 

Ekspert bildirir ki, bu məzunlar 2010/2011-ci tədris ilində orta məktəbə ilk dəfə qədəm qoymuş şəxslərdir: 

“Rəsmi məlumatlar göstərir ki, həmin tədris ilində ölkə üzrə 1-ci siniflərə gedən şagirdlərin sayı 119 min 851 nəfər olub. Göründüyü kimi 2010/2011-ci tədris ilində orta məktəbə getmiş şagirdlərin təxminən 30%-i və ya 35 min 782 nəfəri orta təhsili tam başa vura bilmir. Bu şəxslərin bir hissəsi 9-cu sinfi bitirdikdən sonra orta ixtisas və peşə təhsilinə üz tutsalar da tam orta təhsili ala bilməyənlər kifayət qədərdir".

Onun sözlərinə görə, gender təhlilini aparsaq görərik ki, vəziyyət oğlanlarda nisbətən pisdir:

"Məsələn, oğlan şagirdlərin 18 min 873 nəfəri (29,3%) tam orta təhsil almadığı halda qızlarda bu göstərici 16 min 909 nəfərdir (30,5%)".

Nazirliyin digər açıqlamasına görə, bu il IX sinifləri 131 min 227 nəfər bitirəcək. Bu siniflərin şagirdləri 1-ci sinifə 2012/2013-cü ilə gediblər və həmin vaxt onların sayı 135 min 425 nəfər olub. Nəticədə 4 min 198 nəfər 9-cu sinfi bitirə bilməyib. Bunların 2261-i oğlanların, 1937-si qızların payına düşür.

Son xəbərlər

Finlandiya gömrüyü 64 milyon avroluq bitkoini satışa çıxarır

Ukrayna Türkiyədəki yanğınla mübarizə üçün iki təyyarə göndərib

Xidmət rəisi: "Sonsuzadək cərimələnmə çarə deyil"

Fərdi kompüterlərin qlobal tədarükü 15 faiz artıb

“Azəralüminium” ixrac gəlirlərini 44 faiz artırıb

Kənan Quluzadə: "İsrail Azərbaycanın turizmi üçün prioritet bazardır"

Məişət tullantıları sahəsində köklü dəyişikliklərə ehtiyac var - Hikmət Əlizadə

Vətən müharibəsinin 1053 qazisinə əlillik təyin edilib

Azərbaycandan I yarımildə nə qədər polidor ixrac edilib? - “İxrac icmalı”

Türkiyə Rusiya qazının idxalını 2,7 dəfə artırıb

İstanbulda meşə sahələrinə giriş qadağan edildi

Sabah Bakıda isti olacaq: Rayonlarda isə yağış yağacaq

Sabah Bakıda isti olacaq: Rayonlarda isə yağış yağacaq

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

Azərbaycan mehmanxanalarında gecələyənlərin sayı kəskin artıb

TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid etdi

“Tibbi tullantıların daşınması ilə bağlı ciddi problemlər var” – TƏBİB

Vətəndaşla təcili tibbi yardım briqadası arasında qalmaqala RƏSMİ MÜNASİBƏT

“Hepatit B” və “Hepatit C” xəstəliklərinə yoluxma halları artır - Yaqut Qarayeva

Xaricə ən çox məhsul satan özəl şirkətlər hansılardır? – SİYAHI (FOTO)

Maliyyə Nazirliyi: Büdcə təşkilatlarında qanunsuz ödənişlər hədsiz artıb

Maliyyə Nazirliyi: Büdcə təşkilatlarında qanunsuz ödənişlər hədsiz artıb

Bütün xəbərlər
-->