BAKU Azərbaycan
25.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0507
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0223
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3797

"Təəssüf edirəm ki, dövlət büdcəsinə çıxışı olan şəxslər abadlıq, quruculuq, bər-bəzək adı altında dövlət büdcəsini sağmal inəyə çeviriblər, sağa-sola belə tədbirlər keçirərək tenderlər, satınalmalar haqqında qanunları, tender şərtlərini ciddi şəkildə pozaraq ailə üzvlərinin şirkətlərinə və ya yaxınlarına dövlət büdcəsindən vəsaitlər verirlər”.

Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtdakı binaların eyvanına gül dibçəkləri yerləşdirilməsi layihəsindən danışarkən deyib. 

Onun sözlərinə görə, onlar da heç bir araşdırma aparmadan müxtəlif maliyyə sxemləri ilə vəsaitləri mənimsəyirlər:

"Çox təəssüf edirəm ki, əksər məmurlar rəhbərlik etdiyi vəzifələrə ya əyləncə kimi baxırlar, ya da onların ailə üzvləri hərəsi özünə bir hobbi fikirləşib onu kampaniyaçılığa çevrirlər. Belə layihələr bələdiyyələrin, yəni vətəndaşlarla razılaşdıraraq görəcəyi işlərdir. Şəhər sakini olaraq mən də istəyərəm ki, bəzi standartlar müəyyən olunsun. Vətəndaşlar sovetlərdən qalmış binalarda yaşayırlar, damlara su bakları qoymaqla, eyvanlarda paltarlar asmaqla şəhərə pis, bədbəxt görkəm verirlər. Bunlar standartlaşdırmaq lazımdır, bəzi tələblər qoyulmalıdır. İcra hakimiyyəti orqanları, icra başçıları əsas prospektlər haqqında fikirləşirlər, digər yerlər isə gözə çarpmır. Bütün bunların hər biri kampaniyaçılıq xarakteri daşıyır”. 

İqtisadçı qeyd edib ki, müxtəlif kateqoriyadan olan vətəndaşlar gündəlik dolanışıq üçün ərzaq və digər zəruri ehtiyaclarını qarşılamağa vəsait axtarırlar:

"Vəsaitsə yoxdur! Həmin vətəndaşlar belə layihələrə pul xərclənməsini eşidən zaman etirazlar başlayır və bu, sosial ədalətsizliyə səbəb olur. Vətəndaş haqlı olaraq etiraz edir. Hesab edirəm ki, ilk növbədə hökumətin vəzifəsi hər kəsin normal və minimum yaşayışını təmin etməkdir. Neçə ki konstitutsiyada sosial dövlət anlayışı yazılıb. Uşaqpulu da daxil bütün sosial ödənişlər vaxtlı-vaxtında verilməli və insanların rifah halı yüksəlməlidir”.

Son xəbərlər

Rusiya Azərbaycana təyyarə uçuşlarının sayını artıracaq

Prezident səhiyyə işçilərinə fəxri adlar verdi - SƏRƏNCAM

Prezident səhiyyə işçilərinə fəxri adlar verdi - SƏRƏNCAM

Bu il Azərbaycana velosiped əsasən Çindən gəlib

Qobustanda fermerlərə yeni taxıl sortları nümayiş olunub - FOTO

Neft bazarında qiymət azalmasının sürəti zəifləyib

Mikayıl Cabbarov: "Azad edilmiş ərazilərdə 13 307 əmlak inventarlaşıb"

Mayda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi artıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib

Ağsu rayonunda barama tədarükü başa çatıb

“SOCAR Methanol” ötən ay istehsalı bərpa edib

Azərbaycan bu kəmərlə Ukraynaya qaz ixrac edə bilər

İdxal 6 faiz aşağı düşüb: İstehsal artıbmı? – İqtisadçıdan açıqlama

AİB Tacikistana üç il ərzində edəcəyi maddi yardımı məbləğini açıqladı

Təhsilverənin sertifikatlaşdırması iki mərhələdən ibarət olacaq

Nabranda meşədə baş verən yanğın söndürülüb

Ölkədə son sutkada neçə nəfərə vaksin vurulub? - Operativ Qərargah

Qobustanda toxumçu fermerlərə yeni yerli və xarici taxıl sortları nümayiş olundu - FOTOLAR

“Foreks”dən qazanan şəxs VÖEN əldə etməlidir - AÇIQLAMA

Antitel yaranmayan şəxslərə üçüncü doza vaksin vurula bilər - İşçi qrup

Bütün xəbərlər
-->