BAKU Azərbaycan
25.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0507
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0223
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3797

“Kredit ittifaqları haqqında” qanuna dəyişiklik layihəsi kredit ittifaqının hər bir borcalanı haqqında məlumatın kredit bürosuna və Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməsini nəzərdə tutur”.

Valyuta.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Kredit ittifaqları haqqında” qanuna dəyişikliyi şərh edərkən deyib. 

“Fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək verilməsi məqsədilə “Kredit büroları haqqında” qanun qəbul edilib və həmin qanuna uyğun olaraq ilk kredit bürosu - “Azərbaycan Kredit Bürosu” MMC yaradılıb”.

Onun sözlərinə görə, kredit bürosu məlumat təchizatçısı olaraq, fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir, topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. 

Komitə sədri əlavə edib ki, ötən dövrlərdə “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunlara müvafiq dəyişiklik edilib, bankların və BOKT-ların hər bir borcalanı haqqında məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna təqdim edilməsi təsbit edilib:

“Maliyyə bazarlarının mühüm iştirakçısı olan kredit ittifaqlarına da bu qaydanın şamil olunması kredit ittifaqlarının borcalanlarının məsuliyyətinin artırılmasına, kredit ittifaqlarının kredit fəaliyyətinin şəffaflaşdırılmasına, onların borcalanlarının digər maliyyə institutlarından (banklar və BOKT-lardan) kreditlər götürərkən kredit ittifaqlarındakı tarixçələrinin də nəzərə alınmasına şərait yaradacaq”.

Tahir Mirkişilinin sözlərinə görə, kredit ittifaqları tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənəcək.

Qeyd edək ki, kredit ittifaqı “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

Son xəbərlər

Rusiya Azərbaycana təyyarə uçuşlarının sayını artıracaq

Prezident səhiyyə işçilərinə fəxri adlar verdi - SƏRƏNCAM

Prezident səhiyyə işçilərinə fəxri adlar verdi - SƏRƏNCAM

Bu il Azərbaycana velosiped əsasən Çindən gəlib

Qobustanda fermerlərə yeni taxıl sortları nümayiş olunub - FOTO

Neft bazarında qiymət azalmasının sürəti zəifləyib

Mikayıl Cabbarov: "Azad edilmiş ərazilərdə 13 307 əmlak inventarlaşıb"

Mayda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi artıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib

Ağsu rayonunda barama tədarükü başa çatıb

“SOCAR Methanol” ötən ay istehsalı bərpa edib

Azərbaycan bu kəmərlə Ukraynaya qaz ixrac edə bilər

İdxal 6 faiz aşağı düşüb: İstehsal artıbmı? – İqtisadçıdan açıqlama

AİB Tacikistana üç il ərzində edəcəyi maddi yardımı məbləğini açıqladı

Təhsilverənin sertifikatlaşdırması iki mərhələdən ibarət olacaq

Nabranda meşədə baş verən yanğın söndürülüb

Ölkədə son sutkada neçə nəfərə vaksin vurulub? - Operativ Qərargah

Qobustanda toxumçu fermerlərə yeni yerli və xarici taxıl sortları nümayiş olundu - FOTOLAR

“Foreks”dən qazanan şəxs VÖEN əldə etməlidir - AÇIQLAMA

Antitel yaranmayan şəxslərə üçüncü doza vaksin vurula bilər - İşçi qrup

Bütün xəbərlər
-->