BAKU Azərbaycan
15°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0507
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0223
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3797

Kommersiya banklarının dollar satışına məhdudiyyət tətbiq etməsi əhali arasında valyuta ajiotajı yaradır.

Maraqlıdır, Azərbaycan Mərkəzi Bankı rəsmi açıqlama yayaraq özəl banklara onlar tərəfindən belə bir tapşırığın getmədiyini bəyan etdi.

Amma hazırda banklar konkret olaraq vətəndaşları tətbiq olunan qeyri-rəsmi limit çərçivəsində dollar satışı həyata keçirir.

Belə ki, ötən ilin əvvəlindən başlayaraq, hər bir Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilirdi. 12 ay ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satılmırdı, onlara tezliklə balansın sıfırlanacaqı və yenidən satışın bərpa ediləcəyi bildirilmişdi. Lakin, 12 ay müddəti başa çatsa da, limiti aşan vətəndaşlara bildirilir ki, balans Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən də onlara dollar satılmır.

Qeyd edək ki, belə bir iddia ilə iqtisadçı Qubad İbadoğlu çıxış edib. İqtisadçı əlavə edib ki, bu prosesin gedişində ölkədə devalvasiyanın baş verməsi qaçılmazdır.

Bu mənada fikirlər haçalanır. Çünki hazırda makroiqtisadi göstəricilərə görə ölkədə devalvasiyanın gözlənilmədiyini deyən iqtisadçılar da var. Bu iddianı isə gücləndirən əsas amillər neft qiyətlərinin büdcədə nəzərdə tutulandan yüksək olmasıdır. Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində neft qiyməti 45 dollardan götürülüb. Hazırda dünya bazarında neft qiymətləri 60 dollar civarındadır.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında devalvasiyanın olmayacağını deyib:

“Hesab etmirəm ki, devalvasiya ola bilər. Hazırda makroiqtisadi göstəricilər bunu deməyə əsas verir. Çünki valyuta etiyatlarımız kifayət qədərdir, neft qiymətləri yüksəkdir. Yəni devalvasiya təhlükəsi yoxdur. Bankların dollar satışında məhdudiyyət tətbiq etməsinə gəlincə, Mərkəzi Bank rəsmisi Toğrul Əliyev bəyanat verdi ki, onlar belə göstəriş verməyib.

Bunu banklar özləri bank əməliyyatlarından sui-istifadə edənlərə qarşı edirlər. Bu açıqlama bir qədər inandırıc görünmür. Banklar özlərini niyə məhdudlaşdırsınlar? Banklar valyuta əməliyyatlarından gəlir əldə edirlər. Öz gəlirlərini niyə kəssinlər? Bu məsələ yeni də deyil, ötən ildən var. Digər tərəfədən isə banklar yalnız günün birinci yarısında valyuta satırlar, ikinci yarısında satmırlar. Banklar niyə gəlir qazanmaqdan imtina etsin? Deyək ki, hansısa bank bunu özü edir, 26 bankın hamısını niyə bu qərarı verir? Amma eyni prosesi bütün banklar həyata keçirir. Bu isə o deməkdir ki, hansısa qeyri-rəsmi göstəriş var. Çünki qanunda belə məhdudiyyət yoxdur. Doğrudur, hər bir bank valyuta siyasətini özü həyata keçirə bilər.

Amma 26 bankın eyni limiti tətbiq etməsi sual doğurur. Mərkəzi Bank rəsmisinin dediyindən isə belə başa düşülür ki, bu məhdudiyyət devalvasiya təhlükəsinə görə deyil, çirkli pullar yuyanlara qarşıdır. Amma bunu da düzgün hesab etmirəm. Çünki bu məhdudiyyət ona gətirə bilər ki, çirkli pul yuyanlar başqa şəxslərin əli ilə bunu edəcəklər. Amma məhdudiyyət olmasa, həmin şəxslər özü gələcək və onları müəyyənləşdirmək asan olacaq. Hesab edirəm ki, tətbiq edilən bu qeyri-rəsmi göstəriş çox anlaşılmaz, qeyri-peşəkarlığın nəticəsidir”.

Son xəbərlər

“Azərenerji” servis xidmətinə 140 min manat yönəldəcək - TENDER

Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI

Dünya Bankı Azərbaycana kredit ayırmağa hazırdır

Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi

Keçmiş bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib

Əli Əsədovdan QHT-lərlə bağlı qərar

I sinfə şagird qəbulu müvəqqəti dayandırılır - RƏSMİ

Mərkəzi Bankdan rəqəmsal valyuta ilə bağlı AÇIQLAMA

“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı - TƏFƏRRÜAT

“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı - TƏFƏRRÜAT

Taxıl biçinində kombaynlara GPS-lə nəzarət olunacaq - “Aqroservis”

DVX 2,5 milyon manatlıq 2 tenderə yekun vurdu – QALİBLƏR AÇIQLANDI

Azərbaycanda qızıl cüzi bahalaşıb

Mayın 17-dən sonra açılacaq məktəblər yenidən qapanmaya gedə bilər - EKSPERT

Ləğv olunmuş bankların əmanətçilərinə ödənilən kompensasiya AÇIQLANDI

“Aqroservis” 234 min manatlıq tenderin qalibini AÇIQLADI

İnternet provayderlərinin xidmət keyfiyyəti necədir? - SORĞU

Ən sərfəli istehlak (nağd) kredit təklif edən banklar – SİYAHI

“OPEC+” üzvləri kvotadan artıq neft hasil edib - RƏQƏMLƏR

Tədris ili uzadıla bilərmi? - AÇIQLAMA

Gürcüstan əlavə 500 min doza “Sinopharm” vaksini alacaq

Bütün xəbərlər