BAKU Azərbaycan
15°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0507
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0223
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3797

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, rayonlarda kredit faizləri Bakıdakından 2 dəfə çox imiş...

“Region nə qədər uzaqdırsa, xərclər o qədər çoxdur. Üstəlik kreditin qaytarılmama riski də regionlarda daha çoxdur. Kredit qaytarılmayanda da bankın xərcləri də daha çox olur. Bu nöqteyi nəzərindən regionlarda faizlərin yüksək olması bankların baxışından başa düşüləndir”.

Valyuta.az xəbər verir ki, bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov cəbhəyanı ərazilərdə kredit faizlərinin çox olma səbəblərini pia.az-a şərh edərkən deyib.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, rayonlarda kredit faizləri Bakıdakından 2 dəfə çox imiş. Maraqlıdır ki, ən yüksək kredit faizləri cəbhəyanı rayonlar olan Füzuli, Ağdam və Tərtər rayonları olmaqla Yuxarı Qarabağ iqtisadi rayonundadır. Normal məntiqə görə rayonlarda Bakı ilə müqayisədə faiz dərəcələri daha aşağı səviyyədə olmalı idi.

Bankların bu siyasətini necə izah etmək olar və nəzarətçi orqan kimi Mərkəzi Bank baş verənlərə hansı məsuliyyəti daşıyır?

Sahibkarlığın İnkişaf Fondunun sahibkarlara ucuz kreditlər verdiyini, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki fondun kənd təsərrüfatına ucuz, güzəştli kreditlər verdiyini xatırladan ekspert bildirib ki, onsuz da dövlət bu işləri görür. Sadəcə olaraq bu işi nə qədər düzgün edirlər, etmirlər buna nəzarət etmək lazımdır. Çünki bu layihələr ilk növbədə regionların inkişafı üçündür:

“Bu məsələyə bazar iqtisadiyyatı nöqteyi nəzərindən baxmaq lazımdır. Artıq Azərbaycan 30 ildir müstəqildir və biz bazar iqtisadiyyatı yolunu tutmuşuq. Banklar da kommersiya qurumlarıdır, özəl qurumlardır. Banklar kommersiya qurumudursa, deməli ilk növbədə gəlir götürmək məqsədini daşıyırlar.

Nəzərə alınmalıdır ki, banklar bir qayda olaraq kreditə öz pullarını vermirlər. Onlar kredit verərkən əmanətçilərin pulunu verirlər. Yəni banklar əmanət qəbul edirlər və əmanətçiyə faiz ödəməlidir. Faizi ödəmək üçün də gərək həmin pulu kredit versin. Oradan da həm özü qazansın, həm əmanət üzrə faiz versin, həm də ki, bankın xərclərini bağlamalıdır.

Bankın kredit verməsində iki məsələ aktualdır:

1. Kreditin verilməsinə və onu qaytarılmasına nəzarət üzrə çəkilən xərclər

2. Kreditin qaytarılmaması və yaxud da müqavilədə nəzərdə tutulan şərtlərdən, müddətdən gec qaytarılması riski. Yəni kredit riski ola bilər. Bu da bank üçün əlbəttə, artıq xərcdir.

Bildiyimiz kimi bank kredit verəndə kreditin rəsmiləşdirilməsi xərcdir. Təbii ki, banka paytaxdan nə qədər uzaqdırsa, bankın xərcləri də artır. Çünki ora işçi göndərməlidir, işçi borc olanı yoxlamalı, kreditin qaytarılmasına nəzarət etməli, o cümlədən vaxtaşırı borcu olanın fəaliyyətini monitorinq etməlidir.

Bu nöqteyi nəzərdən də dediyim kimi region nə qədər uzaqdırsa, xərclər o qədər çoxdur. Üstəlik kreditin qaytarılmama riski də regionlarda daha çoxdur. Kredit qaytarılmayanda da bankın xərcləri də daha çox olur. Bu nöqteyi nəzərindən regionlarda faizlərin yüksək olması bankların baxışından başa düşüləndir. Yəni mən onları başa düşürəm, xərci çoxdur və buna görə də faizi artırır.

Bu məsələni bankların üzərinə yox, dövlətin üzərinə qoymaq lazımdır. Əlbəttə, biz dövlət, cəmiyyət olaraq regionlarda faizin yüksək olmasını istəmirik. Çünki bu halda regionları inkişaf etdirmək olmur. Xüsusən də Ermənistanla sərhədə yaxın olan rayonlarımızın inkişafı vacibdir.

Bu baxımdan dövlətin müəyyən işlər gördüyünü deyə bilərik. Məsələn Sahibkarlığın İnkişaf Fondu var ki, sahibkarlara ucuz kreditlər verir, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin nəznində fond var ki, kənd təsərrüfatına ucuz, güzəştli kreditlər verir. Göründüyü kimi onsuz da dövlət bu işləri görür. Sadəcə olaraq bu işi nə qədər düzgün edirlər, etmirlər buna nəzarət etmək lazımdır. Çünki bu layihələr ilk növbədə regionların inkişafı üçündür. Regionların ucuz kreditlə təmin olunması artıq bankın pulu deyil, bu dövlətin veridiyi ucuz puldur.

Bundan əlavə, sahibkarlar, vətəndaşlar regionlarda banklardan kredit alanda, dövlət kommersiya şərtləriylə faiz fərqini kompensasiya etmək mexanizmini də düşünə bilər. Bu məsələni banklar da etsələr yaxşı olardı. Amma biz banklardan bunu tələb edə bilmərik. Banklara necə sərf edirsə, elə də kredit verirlər”.

Son xəbərlər

“Azərenerji” servis xidmətinə 140 min manat yönəldəcək - TENDER

Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI

Dünya Bankı Azərbaycana kredit ayırmağa hazırdır

Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi

Keçmiş bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib

Əli Əsədovdan QHT-lərlə bağlı qərar

I sinfə şagird qəbulu müvəqqəti dayandırılır - RƏSMİ

Mərkəzi Bankdan rəqəmsal valyuta ilə bağlı AÇIQLAMA

“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı - TƏFƏRRÜAT

“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı - TƏFƏRRÜAT

Taxıl biçinində kombaynlara GPS-lə nəzarət olunacaq - “Aqroservis”

DVX 2,5 milyon manatlıq 2 tenderə yekun vurdu – QALİBLƏR AÇIQLANDI

Azərbaycanda qızıl cüzi bahalaşıb

Mayın 17-dən sonra açılacaq məktəblər yenidən qapanmaya gedə bilər - EKSPERT

Ləğv olunmuş bankların əmanətçilərinə ödənilən kompensasiya AÇIQLANDI

“Aqroservis” 234 min manatlıq tenderin qalibini AÇIQLADI

İnternet provayderlərinin xidmət keyfiyyəti necədir? - SORĞU

Ən sərfəli istehlak (nağd) kredit təklif edən banklar – SİYAHI

“OPEC+” üzvləri kvotadan artıq neft hasil edib - RƏQƏMLƏR

Tədris ili uzadıla bilərmi? - AÇIQLAMA

Gürcüstan əlavə 500 min doza “Sinopharm” vaksini alacaq

Bütün xəbərlər