BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8055
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1122
10236

"Məhkəmə qərarları üzrə axtarış sistemi ilə bağlı fərman 2 ildir ki, icrasız qalıb".

Valyuta.az xəbər verir ki, hüquq müdafiəçisi, iqtisadçı ekspert Əkrəm Həsənov Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 604 saylı Fərmanından danışarkən deyib. Onun fikrincə, vətəndaşlar, cəmiyyət və iqtisadiyyatımız üçün bu Fərmanın əhəmiyyəti çox böyükdür:

"Bu və ya digər şəkildə Fərmandakı göstərişlərin əksəriyyəti icra olunub. Lakin icrasız qalan tapşırıqlar da var. Onların ən əhəmiyyətlisi isə 7.5.2-ci bənddə Ədliyyə Nazirliyinə verilmiş bu tapşırıqdır: ""Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması məqsədilə tədbirlər görsün”.
 
 

Əkrəm Həsənov vurğulayıb ki, məhkəmə qərarları üzrə axtarış sisteminin yaradılması üç səbəbdən olduqca vacibdir:

1. Vahid məhkəmə təcrübəsinin formalaşması. Konstitusiyamızın 25-ci maddəsinin I hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Bu, həmçinin o deməkdir, məhkəmələr analoji işlərə eyni cür baxmalıdır.

Təəssüf ki, bir sıra hallarda bizdə bu, belə deyil. Ən pisi də odur ki, bir çox hallarda bunu heç müəyyən etmək də olmur. Axtarış sistemi isə hər kəsə imkan verəcək ki, hər hansı sözü (maddəni, bəndi və s.) axtarışa verərək aidiyyəti məhkəmə təcrübəsini öyrənsin və hakimdən həmin təcrübəyə riayət etməyi tələb etsin. Hakim bunu etməsə belə, yekunda heç olmasa Ali Məhkəmə (və ya Konstitusiya Məhkəməsi) mübahisəli iş üzrə vahid yanaşmanı formalaşdırmaq məcburiyyətində qalacaq.

Nəticədə məhkəmə qərarlarının qabaqcadan proqnozlaşdırılmasının səviyyəsi xeyli artacaq. Bu da həm vətəndaşların, həm də sahibkarların (şirkətlərin) əminlik hissini artıracaq və ölkədə biznes və investisiya mühiti yaxşılaşacaq. Təbii, məhkəmələrdə korrupsiya da ciddi şəkildə azalacaq. Çünki məhkəmələr dar çərçivəyə salınacaq, özbaşınalıq edə bilməyəcəklər.

2. Hakimlərin iş yükünün azaldılması. Hazırda məhkəmələrin işi çoxdur. Problemlərdən biri də işlərə qiymət verilməsi və məhkəmə qərararının hazılarnmasına vaxtın az omasıdır. Bu da təbii, hakimlərin işinin keyfiyyətini azaldır. Nəzərə alsaq ki, ölkəmizdə hüquq təhsii aşağı (heç normal dərsliklər yoxdur), hüquq elmi isə yox səviyyəsindədir (müdafiə edilmiş dissertasiyalar və elmi adlar, bir qayda olaraq, boş şeydir), hakimlər əksər hallarda qərarlarını heç normal əsaslandıra da bilmirlər.

Axtarış sistemi isə hakimlərə oxşar məhkəmə işlərini tapmağa və qərarlarını onların əsasında hazılrlamağa şərait yaradacaq. Bu da tədricən ölkədə hüquq elminin də inkişafına zəmin yaradacaq. Sonra təhsilin də vəziyyəti düzələcək.

3. Vəkillərin ixtisaslaşması. Hazırda vəkillərin çoxu müxtəlif (bəzən bir-birindən çox uzaq) işlərlə məşğul olur. Çünki ixtisaslaşma demək olar ki, yoxdur. Əsas səbəb də bütövlükdə hüquqşünasların, bir qayda olaraq, yalnız qanunları bilməsi ilə bağlıdır. Məhkəmə təcrübəsini bilən azdır. Əsasən də bu, artıq yaşlı hüquqşünaslardır. Çünki təcrübələri var.

Axtarış sistemi imkan verəcək ki, yaşından asılı olmayaraq (ağıl yaşda deyil, başdadır!) hər bir vəkil aidiyyəti məhkəmə təcrübəsini yaxşı öyrənə bilsin. Təbii, bu, xeyli vaxt tələb edəcək. Nəticədə vəkillər arasında ixtisaslaşma güclənəcək. Hərəsi yalnız uzağı bir neçə sahə üzrə məhkəmə təcrübəsini yaxşı biləcək (özü də enerjisi daha çox olan gənclər daha şanslı olacaq!). Tədricən cəmiyyət də bunu biləcək. Hər "xəstəliyin” (hüquqi problemin) öz "həkimi” (vəkili) olacaq. Bu da həm hüquqi xidmətlərin keyfiyyətini artıracaq, həm də vəkillərin işinin nisbətən daha obyektiv qiymətləndirilməsinə və mükafatlandırılmasına xidmət edəcək".

Əkrəm Həsənov təəssüf hissi ilə bunların heç birinin olmadığını diqqətə çatdırıb:

"Niyə? Ona görə ki, Fərman hələ də icra olunmayıb. Deməli, kimlərəsə bütün bunların olması sərf etmir və onlar dövlət başçısının siyasətinin əksinə gedirlər..."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Strimer” şirkəti meriyanı məhkəməyə verdi

Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz

"KVESTBAKU" məhkəmə qarşısında

Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək

Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək

“Bakıinşaatsənaye” 1500 manat cərimələnə bilər

"Xəzər TV" məhkəməyə verildi

"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət

Dünya Göz Klinikasından maddi ziyan tələbi

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Dövlət qurumu ilə şirkət arasında icarə mübahisəsi

"Avromed" cərimələndi

"An Construction"a protokol yazıldı

Şirkətlər əmanətlərini "Unibank"dan geri çəkir - 38 milyon manat azalma

Keçmiş işçisi “Azza”dan əmək haqqı tələb edir

Kənd təsərrüfatının xarici toxum sortlarından asılılığını necə azaltmaq olar? (ŞƏRH)

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb ®

Bayden Çindən polad və alüminiuma daha yüksək tariflər tələb edir

Hansı sahibkarların vergi borcu silinə bilər? (ŞƏRH)

3 ayda xaricdən 80 milyon dollarlıq dənli bitki almışıq - 50 milyondan çox azalma

Azərbaycanda sığorta sektorunun ÜDM-də 1 faizlik payını necə artırmaq olar?

Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb ®

Rusiya şirkətləri Çin banklarının qadağalarından necə yayınır?

Qazaxda Aqrar Biznes Festivalı keçirildi (FOTOLAR)

Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?

“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay ®

Azərbaycan startapı ən yaxşı startaplar siyahısında

Müharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur?

“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin