Azərbaycanda hava ilə bağlı erkən xəbərdarlıq sistemi yaradılır
Ölkə üzrə erkən xəbərdarlıq sistemlərinin quraşdırılması davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, belə sistemlərdən ikisi Şamaxı və Göygöl rayonlarında martın 9-da istifadəyə verilib.
Təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Zoltan Szalai, “Spesosnasheniya” şirkətinin rəhbəri Aliya Nurakişeva iştirak edib.
Qeyd edək ki, ETSN tərəfindən dövlət investisiya proqramları çərçivəsində meteoroloji radarların lider istehsalçısı olan ABŞ-ın “BARON” şirkətindən 2 ədəd son nəsil Dopler meteoroloji radar alınıb. Bununla da İqlim Dəyişmələri üzrə Tərəflərin 26-cı Konfransı ərəfəsində Azərbaycan konvensiyanın prinsiplərinə öz sadiqliyini növbəti dəfə təsdiq edib.
Azərbaycan İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalayaraq atmosfer havasına buraxılan parnik qazlarının 2030-cu ilədək 35 faiz azaldılması barədə öz üzərinə öhdəlik götürməklə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli istiqamətində töhfəsini verir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay