Ekologiya
01.03.2021 / 14:51
Qarabağda meşələrin bərpasına başlanılır
8306
Yaz ağac əkini mövsümünə martın 9-da Zəngilan rayonundan start veriləcək.
Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov "Report"a bildirib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq, seyrək, kəsilmiş və yanğına məruz qalmış ərazilərində Xidmətin əməkdaşlarının iştirakı ilə karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun müxtəlif meşəcinsli ağaclar əkiləcək, toxumlar səpiləcək.
O qeyd edib ki, bu yaz əkin planına uyğun olaraq ölkə üzrə 200 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparlıması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 400 000-dən çox meşəcinsli tinglərin əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay