Ekologiya
25.02.2021 / 23:36
Böyükşor və Zığ gölləri ilə bağlı QƏRAR
8153
Prezident İlham Əliyev "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 26 dekabr 2013-cü il fərmanında və "Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 15 oktyabr 2014-cü il tarixli sərəncamında dəyişiklik edib.
Valyuta.Az xəbər verir ki, dövlət başçısının imzaladığı yeni fərmana əsasən adları çəkilən göllərlə bağlı səlahiyyətlər İqtisadiyyat Nazirliyindən alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.
1-ci göllərə aid bütün sənədləri və məlumatları bir ay müddətində 2-ciyə təhvil verməli, Nazirlər Kabineti isə bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay