BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
59224

İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün 1 trilyon ABŞ dollarından çox vəsaitə ehtiyac var.

Valyuta.az xəbər verir ki, bunu İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi səfiri Fransesko Korvaro bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda işə başlamış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İqlim Maliyyəsi Fondunun vəsaitinin məbləği müzakirə ediləcək: "COP29-da iqlim maliyyəsi üzrə məsələnin müzakirəsi üçün toplaşmışıq. COP29-un Azərbaycan Sədrliyi bütün maraqlı tərəflərin müzakirələrə qoşulması və uğurlu nəticə əldə edilməsi üçün ümumi məkan yaradıb".

O əlavə edib ki, ölkəsi iqlim dəyişikliyi ilə bağlı hər kəslə dialoqa başlamağa hazırdır: "İqlim maliyyəsi sahəsində "Yeni Kollektiv Kəmiyyət Hədəfi" (NCQG) üzrə nəticə əldə edilməsini gözləyirik. NCQG yeni bir hədəfdir və iqlim məsələsini maliyyələşdirməyi hədəfləyir. Bizim həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrlə çoxlu müzakirələrimiz olub. Danışıqlar çox şaxəli və mürəkkəbdir. Özəl sektoru bura cəlb etmək lazımdır. Düşünmək lazım deyil ki, təkcə dövlətlər 1 trilyon ABŞ dollarından çox məbləği maliyyələşdirəcəklər".

Səfirin sözlərinə görə, gələcək on illiklər iqlim dəyişikliyi üçün çox vacibdir: "Hazırda iqlim dəyişikliyi problemləri barədə danışıqlar aparılır. Konkret nəsə demək çətindir. İtaliya və Avropa İttifaqı bu iqtiqamətdə ambisiyaları artırmağı hədəfləyir. COP hərtərəfli sazişdir. Biz ümumi dil tapmalı,ortaq ideya formalaşdırmalıyıq".

UNFCCC-nin Tərəflər Konfransı 1995-ci ildən keçirilir. Əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12-13-də COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Intel"in CEO-su P.Gelsinger istefa verdi - Şirkətdə nə baş verir?

"Intel"in CEO-su P.Gelsinger istefa verdi - Şirkətdə nə baş verir?

2025-ci il üçün dövlət büdcəsi zərfi ikinci oxunuşda qəbul edildi

Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri kimdir? - DOSYE

"Bakı Fond Birjası" Listinq Məsləhət Proqramını yeniləyib

Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik edilib

Bəzi yerlərdə leysan yağacaq, duman olacaq - SABAHIN HAVASI

ABŞ-nin Azərbaycandakı səfiri istefa verdi

"Yanacaq yağı qaçaqmalçılığı" İrana və dəstəkçilərinə 1 milyard dollar qazandırır - "Reuters"

"Yanacaq yağı qaçaqmalçılığı" İrana və dəstəkçilərinə 1 milyard dollar qazandırır - "Reuters"

Zakir Nuriyev: "Azərbaycanda elektrik və hibrid avtomobillərin kreditləşməsi kəskin artıb"

"Badamlı Mineral Sular" cərimələndi

Türkiyə Azərbaycana yeni səfir təyin edib

AMB: Valyuta ehtiyatları 3 illik idxalı maliyyələşdirməyə kifayət edir

Türkiyədə illik inflyasiya 47%-ə enib

Kərə yağı ilin əvvəli ilə müqayisədə 1 manatdan çox bahalaşıb - Rəsmi

AMB növbəti il iqtisadi artım üçün əsas risk faktorlarını açıqlayıb

UEFA "Qarabağ"ı 26 min avro cərimələyib

AMB: Hüquqi şəxslərin depozitlərində dollarlaşma səviyyəsi azalıb

“Elektron Hərrac Portalı"ı istifadəyə verilib

Bu rayonda su olmayacaq

ABA: Məsafədən bank hesablarının açılması təkmilləşdirilməlidir

“Varsansa, niyə yoxsan” kitabı çap olunub

Müalicə məqsədilə Azərbaycana gələn turistlər bu qədər pul xərcləyib - Məbləğlər

Müalicə məqsədilə Azərbaycana gələn turistlər bu qədər pul xərcləyib - Məbləğlər

“PAŞA Bank” və “PAŞA Kapital”ın rəhbərliyinə təyinat olub

AMB rəsmisi: "Bir neçə bank "açıq bankçılığ"a çıxmağa hazırdır"

Bu ərazilərə qar yağdı

Regional Su Meliorasiya Xidməti bu şirkətlə 940 min manatlıq müqavilə imzalayacaq

Neftimizin qiyməti bir dollardan çox ucuzlaşdı

Mərkəzi Nəbatat Bağının İdarə Heyətinə sədr təyin edilib

Azərbaycanda təyinat gözləyən yüksək vəzifələr (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin