BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
59207

Bazar ertəsi Bakıda iqlim məsələləri üzrə tərəflərin 29-cu konfransı öz işinə başlayacaq. 1992-ci ildə imzalanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) mahiyyəti ondan ibarətdir ki, qlobal istiləşməyə əsas "töhfə vermiş” sənayeləşmiş ölkələr daha böyük məsuliyyət daşımalıdırlar. COP-un hər sessiyası üzrə danışıqlar da məhz bunun ətrafında qurulur.

"Report” xəbər verir ki, bu barədə "Reuters” agentliyinin tədbirlə bağlı hazırladığı və iqlim sammitlərinin əhəmiyyətindən və çərçivə konvensiyasında bütün tərəflərin iştirakının vacibliyindən bəhs edən materialında deyilir.

İqlim dəyişikliyi problemə "töhfə verməsindən” asılı olmayaraq bütün ölkələrə aiddir. Bu qlobal təhlükəni həll etmək üçün birgə səylərə ehtiyac var və buna görə də illik COP görüşləri keçirilir.

COP istiləşməyə səbəb olan karbon və digər qazların emissiyalarının azaldılması tədbirlərinin müzakirəsi, onunla mübarizə və uyğunlaşma üçün maliyyə mexanizmlərinin işlənib hazırlanması üzrə platformadır. Bununla belə, əldə olunmuş irəliləyişlərə baxmayaraq, dəyişiklik sürəti qlobal temperatur artımının qarşısını almaq üçün kifayət deyil. İlk konfranslardan bəri emissiyalar və temperaturun orta göstəriciləri artmağa davam edir.

Materialda göstərilir ki, dünya liderləri demək olar hər sammitdə iştirak edirlər və bu, onların ölkələrinin UNFCCC-nin məqsədlərinə sadiqliyinin mühüm siqnalıdır. Liderlərin iştirakı həm də ölkələrə keçmiş vədlərə görə bir-birləri qarşısında məsuliyyət daşımağa kömək edir. Qeyd etmək lazımdır ki, bu tədbir zamanı ölkələr emissiyaları barədə hesabat verirlər, eləcə də inkişaf etməkdə olan ölkələrə iqlim yardımı üçün yüzmilyardlarla dollar ayrılmasına yardım edirlər.

"COP29-da iqlim maliyyələşdirməsi üzrə yeni hədəfin təyin ediləcəyi, beynəlxalq karbon krediti bazarlarının fəaliyyətə başlayacağı, eləcə də iqlim fəlakətlərindən zərər çəkən ölkələrə yardımın artırılacağı gözlənilir. Bundan əlavə, gündəliyə əlavə təşəbbüs və layihələrin müzakirəsi də daxildir”, - müəllif yazır.

Eyni zamanda, COP29-a sədrlik edən Azərbaycanın rolu bu il danışıqları hazırlamaq və aparmaq, həmçinin sammitin prioritetlərini müəyyən etməkdir. Ev sahibi kimi ölkə il ərzində daha iddialı iqlim tədbirlərinə dair çağırışlar edərək fəal olub.

Əsas sessiyalarla yanaşı, COP29 çərçivəsində milli nümayəndə heyətləri, qeyri-hökumət təşkilatları və özəl şirkətlər tərəfindən təşkil edilən panel müzakirələri və "Yaşıl zona” sərgiləri də daxil olmaqla, yüzlərlə qeyri-rəsmi sessiyalar keçiriləcək. Müzakirələr okeanın turşulaşdırılmasından tutmuş karbon kompensasiyası layihələrinə qədər mövzuları əhatə edəcək. Fəallar, elm adamları və biznes nümayəndələri öz təşəbbüslərinə diqqət çəkə və yeni layihələr üçün maliyyə axtara biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Mərkəzi Bankın valyuta ehtiyatları 3 %-dən çox artıb

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

ABŞ-nin yeni sanksiyaları İranın Çinlə neft ticarətinə mənfi təsir edir - ŞƏRH

Azərbaycanda pul bazası 12 %-dən çox artıb

Nazirlikdə yeni idarə rəisi təyin edildi

Daha bir neçə sahibkar həbs edildi

Azərbaycanda nəqliyyat sektorunda işləyənlər nə qədər maaş alır? - Cədvəl

Azərbaycanda nəqliyyat sektorunda işləyənlər nə qədər maaş alır? - Cədvəl

Lizinq şirkəti "Azərbaycan Sənaye Sığorta"nı məhkəməyə verdi

Manatın dövretmə sürəti azaldı - RƏSMİ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin