Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA
Oktyabrın 15-i saat 09:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Valyuta.az-a verilən xəbərə görə, əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, bəzi yerlərdə leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Balakən-Şəki zonasında 17 mm, Quba-Qusarda 14 mm, Qarabağ və Şərqi-Zəngəzurda 11 mm, Naxçıvan MR-da 10, Lənkəran-Astarada 9 mm, Bakıda və Abşeron yarımadasında 6, Dağlıq Şirvan və Gəncə-Qazaxda 4 mm, Mərkəzi Aran rayonlarında 2 mm-dək təşkil edib.
Göygöl, Şəmkir, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Yevlax, Göyçay, Lerik, Altıağac, Xaltan, Neftçalada duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 11, Aran rayonlarında 15, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay