Nazirlik "Şərur MTK"-nı məhkəməyə verdi - Cərimə edilə bilər
"Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovun şirkəti yenidən ətraf mühiti çirkləndirməkdə ittiham olunur.
Valyuta.az-nın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "Şərur" Mənzil Tikinti Kooperativi (MTK) haqqında İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati xəta protokolu tərtib olunub.
Artıq cərimə cəzası tətbiqi üçün protokol məhkəməyə göndərib. İş Qaradağ Rayon Məhkəməsinin hakimi Şəfa Dadaşovanın icraatındadır.
Əgər məhkəmədə protokol təsdiq edilərsə, “Şərur” Mənzil Tikinti Kooperativini 6500 manatdan 8000 manata qədər cərimə nəzərdə tutulub.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay