Bakıda "yaşıl soyqırım": Nazirliyin binası qarşısında ağacları kəsdilər (FOTO/VİDEO)
Bakının Yasamal rayonu, Mikayil Müşfiq küçəsi 78 ünvanında şam ağacları kəsilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə dünən axşam Yasamal rayonunda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-lisey və Fövqəladə Hallar Nazirliyinin binası ilə üzbə-üz ərazidə baş verib.
Belə ki, dünən səhər əraziyə gələn Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağacları budamaq adı ilə orada iş aparıblar. Qurumuş ağac adı ilə ərazidə 6 şam ağacı kəsilib. Üstəlik kəsilən ağacların dibi yumuşaldılmamış yerinə kiçik şam tingi basdırıblar. Apardığımız araşdırma zamanı sözügedən ərazidə ümumilikdə 15-dən çox ağacın kəsildiyi məlum oldu.
Ərzidə yaşayan sakinlər bildirdilər ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları hər ay burda 4-5 ağac kəsirlər. Belə gedişlə ilin sonuna qədər ərazidə ağac qalmayacaq. Kəsdikləri ağacların yerinə isə kiçik bir tingi bərkidirlər. Bir neçə aya onlar da quruyub gedir. Eyni üsulla yenə də kəsilənlərin yerinə "ağac əkimi” həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda sözügedən ərazidə ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır. Nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay