BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
10311

"Kürün suyunun böhran səviyyəsində azalması, hər yerdə çay yatağının boşalması və Xəzərin şor sularının çay yatağını dolduraraq bütün Neftçala ərazisini ötüb Salyana çatması, taleyi bu çaya bağlı olan on minlərlə əkinçinin, heyvandarın çıxılmaz vəziyyətə düşməsi, şor sularla suvarılan torpaqların şorlaşması, bütünlüklə Neftçala rayonunun maşınla daşınan suyun ümidinə qalması barədə düz bir il bundan öncə həyəcan təbili çalmışdıq”. 

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin Neftçala rayonundan seçilmiş deputatı Sabir Rüstəmxanlı bildirib. 

Sosial mediada bu barədə həyəcanlı yazılar yazıldığını və Mili Məclisin yığıncaqlarında vəziyyətin ciddiliyi nəzərə çatdırıldığını xatırladan deputat əlavə edib ki, yay aylarında əhalinin içməli suya olan ehtiyacı su maşınları vasitəsiylə qismən olsa da ödənilib. 

Onun sözlərinə görə, Neftçala şəhərinə çoxdan planlaşdırılan içməli su kəməri çəkilib Noyabr ayında istifadəyə verilib: 

“Yaz gəlib, Kürün durumu keçən ilkindəkindən də ağırdır. Sahillərini dağıdan çaydan geniş yatağın bir küncünə qısılmış və görkəmi ürək ağrıdan arx qalıb. Dənizin şor suyu çayı doldurub və çay yatağı ilə irəliləyir; yenə gəlib Salyan ərazisinə çatmaqdadır. Hər gün Neftçala rayonundan telefon zəngləri gəlir. 

İstər-istəməz o vaxt bu məsələnin rəsmi orqanlarda müzakirəsini, verilən vədləri xatırlamalı olursan. Bir il əvvəl biz Kürün deltasında cənub istiqamətinin şimala doğru dəyişdirilməsinin  doğru olmadığını və dəniz suyunun çay yatağına müqavimətsiz axınına şərait yaratdığını qeyd etmişdik. Bu, həm də Kürün təbiətini yaxşı bilən insanların fikri idi”. 

Bu təklifə heç bir reaksiya olmadığını təəssüflə bildirən S.Rüstəmxanlı, ikinci təklifin yenə də yerli əhalidən gəldiyini diqqətə çatdırıb: 

“Kürün dənizə töküldüyü yerə bənd çəkmək. Bu da qulaqardına vuruldu. Cavab belə oldu ki, həm Kürün suyunun azalması, həm aran rayonlarımızın su probleminin həlli ilə bağlı kompleks tədbirlər hazırlanır. Mən bu cavabın məsələnin məsuliyyətini dərk edən bir yüksək vəzifə sahibi tərəfindən verildiyini nəzərə alaraq ümid edirəm ki, doğurdan da Azərbaycanın su probleminin kompleks şəkildə həlli ilə məşğuldular. Ancaq görünən də budur ki, il dolanıb keçdi, Kür daha sürətlə quruyur, hətta qışda və qarların əridiyi indiki vaxtda da suyu axmır, deməli görülən işin bir nəticəsi yoxdur. Çarəsiz qalan kənd əhalisi hətta bu ərazidən axan böyük kollektor kanalının suyundan da istifadə edir”. 

Bunun nə qədər təhlükəli olduğunu deməyə ehtiyacın olmadığını deyən millət vəkili, qeyd edib ki, qarşıda bizi isti aylar gözləyir: 

“İndidən Kürün dərdinə çarə tapılmalıdır. Kürün xilasıyla bağlı nə işlər görülür, hansı proqram hazırlanır? Azərbaycanın aran rayonlarında əhalini çirkli kanal suyu içməkdən nə vaxt bütövlüklə xilas edə biləcəyik? 50 ildən sonra Azərbaycanın içməli suya olan ehtiyacı nə qədər artacaq və bunu hansı yollarla təmin edə biləcəyik? Bunlar çox ciddi suallardır. Bu məsələlər haqqında düşünərkən kabinet mütəxəssisləri ilə yanaşı, o bölgələrdə yaşayan insanların da fikirləri nəzərə alınmalıdır. 

Ötən il verilən iki təklif Kürün dənizə töküldüyü yerdə istiqamətli köhnə yatağa qaytarmaq və dəniz suyunun qarşısına bənd çəkmək yenə də qüvvədə qalır. Başqa təkliflər də var, bilirik ki, kənd təsəruffatı və əkinçilik inkişaf elədikcə suya tələbat artır. Kür üstündə tikilmiş su ayrıclarının sayını bilmirik. Amma hər ayrıc-nasosxana Kürdən balaca bir çayın suyunu götürür və bu su köhnə qayda ilə taxıl və pambıq tarlalarına, həyətlərə axıdılır. Görünür, bu köhnə suvarma sistemindən imtina etməyin və suyu daha qənaətlə işlədən yeni suvarma üsullarına keçməyin vaxtı çatmışdır. Bu yolla su israfçılığını yarıya qədər azaltmaq olar”. 

Onun fikrincə, ikinci çox ciddi məsələ, Kür boyu çayın suyunu gecə-gündüz sümürən balıq nohurlarıdır: 

“Ərköyün balıqlar yalnız şirin su içmək istəyir və onun dayanmadan təzələnməsini tələb edirlər. Bu göllərin, nohurların hamısı bağlanmalıdır. Kimlərə aid olduğu nəzərə alınmadan! Xalq nohur balığı olmadan da yaşaya bilər, amma susuz yaşaya bilməz!” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin