E-ticarət
19.03.2021 / 10:29
Elektronika şirkətlərimizə Rusiyadan yeni RƏQİB
9463
Rusiyanın "Maqnit" şəbəkəsi Dağıstan bazarına çıxıb və növbəti beş il ərzində regionda 180-ə yaxın mağaza açmağı planlaşdırır.
Valyuta.az İndex.az-a istinadla xəbər verir ki, Dağıstan hökumətinin sədri Əbdülpatah Əmirxanov və şəbəkənin baş direktoru Yan Dyunninq bu gün əməkdaşlığa dair saziş imzalayıblar.
"Dağıstan bizim üçün xüsusi maraq kəsb edir, çünki o, Azərbaycan və İranla ticarət üçün müəyyən mərkəz rolunu oynaya bilər. "Maqnit" isə mağazalarla yanaşı, istehsalı da özündə ehtiva etdiyindən bizim üçün Azərbaycan və İran bazarları satış nöqteyi-nəzərindən maraqlıdır", - deyə Dyunninq vurğulayıb.
Qeyd edək ki, "Maqnit" Rusiyanın ən iri riteyl şəbəkəsidir. Hazırda şirkətin mağazalarının sayı 21 564-ə çatır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay