E-ticarət
03.03.2021 / 11:12
Azərbaycanda e-ticarətin həcmi son 3 ildə 5 dəfə artıb
8387
Azərbaycanda elektron ticarətin (e-ticarət) həcmi son 3 ildə (2018-2020-ci illər ərzində) 5 dəfə artıb.
Bunu "Mastercard" şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar son bir ildə şirkətin fəaliyyətinə həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, bu rəqəm qeyd olunan müddət ərzində 0,6 mlrd. manatdan 3,7 mlrd. manata yüksəlib: "Qarşıdakı illərdə bu sahədə daha çox artım gözlənilir. Belə ki, bundan əvvəl e-ticarətdən istifadə etməyən insanlar elektron alış-verişə üstünlük verəcək". (Apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay