“Trendyol”la bağlı YENİ MƏLUMAT: Almaniya, Azərbaycan, indi isə...
Türkiyənin “Trendyol” elektron ticarət platforması Ukrayna bazarına daxil olmağa hazırlaşır.
Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, “Trendyol Qrup”un prezidenti Çağlayan Çətin texnologiya və müdafiə sənayesi şirkətlərindən biri olan “Baykar”ın baş direktoru Haluk Bayraktar ilə birlikdə Kiyevdə Ukrayna hökumətinin yüksək səviyyəli nümayəndələri ilə görüşüb. Baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svridenko və Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışinin iştirak etdiyi görüşdə “Baykar” və “Trendyol” şirkətlərinin beynəlxalq investisiya planları müzakirə olunub.
Qeyd edək ki, “Trendyol” şirkətinin hissələrinin çox hissəsi Çinin “Alibaba” elektron ticarət şirkətinə məxsusdur. “Trendyol” əvvəlcə Almaniya, sonra Azərbaycan bazarına daxil olmuşdu. Bazarların sayını artıran şirkət daha sonra bu siyahıya Körfəz ölkələrini, Mərkəzi və Şərqi Avropa bazarını da daxil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay