“Trendyol” Azərbaycandan açılan bu profilləri bağlayır - SƏBƏB
Son günlər “Trendyol”da Azərbaycandan açılan “Azərbaycana bir başa sifariş” xidmətindən istifadə edən profillərin kütləvi şəkildə bağlandığı, sifariş verilməsində problem yarandığı və ya sifarişlərin sonradan ləğv olunduğu barədə məlumatlar yayılır.
Problemə səbəb nədir?
Bu barədə Valyuta.az-a açıqlama verən marketoloq Pərviz Əzimovun sözlərinə görə, müşahidələr onu göstərir ki, bu ikinci dəfə saxta profillər açan hesablarda olur:
"Açığı tam məlumatım olmasa da, mən də bu haqda sosial şəbəkədə görmüşəm. Bu ən çox birbaşa sifarişin ilk sifarişində karqodan bir neçə dəfə pulsuz istifadə etmək istəyən profillərdə olur. Lakin bu barədə rəsmi məlumat yoxdur. Müşahidələrimiz onu göstərir ki, sistem ikinci saxta hesabı bağlayır ki, insanlar sui-istifadə hallarına yol verməsinlər".
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay