12.03.2021 / 09:24
\"Dow Jones” və “S&P 500” indeksləri yeni rekord həddə çatıb
8944
ABŞ fond birjalarındakı səhmlər prezident Co Baydenin ümumi məbləği 1,9 trilyon ABŞ dolları olan qanun layihəsini imzalamasından sonra artım göstərib, “S&P 500” və “Dow Jones” indeksi tarixi rekord səviyyəyə çatıb.
“Report” xəbər verir ki, ABŞ-ın 500 ən nüfuzlu şirkətini təmsil edən “S&P 500” indeksi 3 939,34 bəndə, “Dow Jones” indeksi isə 32 485,59 bəndə qədər yüksələrək tarixi maksimumlarını yeniləyiblər.
“Nasdaq” elektron indeksi isə 300,83 faiz bəndi (2,36 faiz) artaraq 13 052,90 faiz bəndində qərarlaşıb.
WTI markalı nefti 2,21 faiz bahalaşaraq 666,12 ABŞ dollarından satılıb, qızılın bir unsiyasının qiyməti 0,15 faiz artaraq 1 724,05 ABŞ dolları olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay