Qazaxıstanda ötən il neft hasilatının azalmasının səbəbləri açıqlanıb
2024-cü ildə Qazaxıstanda neft hasilatı 2,4 milyon ton azalaraq Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinə mənfi təsir göstərib.
Bunu bu ölkənin Baş naziri Oljas Bektenov bu gün hökumətin geniş iclasında çıxışı zamanı bildirib.
"Bu, əsasən ölkənin OPEC+ çərçivəsində götürdüyü öhdəliklər, həmçinin iri yataqlarda (“Tengiz”, “Kaşaqan”, “Karaçaqanak”) əsaslı təmir işlərinin aparılması ilə əlaqədar baş verib", - O.Bektenov qeyd edib.
Onun sözlərinə görə, ötən il Qazaxıstanda ÜDM 4,8 % artıb. 2023-cü ildə isə ÜDM artımı 5,1 %-ə çatıb.
Hökumət başçısı qeyd edib ki, 2024-cü ildə 26 milyon tondan çox dənli, 3 milyon tondan çox yağlı bitkilər yığılıb, 4 milyon ton taxıl ixrac edilib.
"Ötən il yükdaşımaların həcmi 10 % artaraq təxminən 1 milyard tona çatıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə konteyner daşımaları 2,7 dəfə artıb", - O.Bektenov bildirib.
©report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay