Dünya
27.01.2025 / 15:33
Böyük Britaniyada 200 şirkət 4 günlük iş həftəsinə keçir
63854
Böyük Britaniyada 200 şirkət dörd günlük iş həftəsi prinsipini daimi etmək qərarına gəlib.
"4 Günlük Həftə Fondu" tərəfindən həyata keçirilən bu təşəbbüs müxtəlif sektorlardan şirkətlərin dəstəyini alıb.
Kampaniyaya qatılan şirkətlər işçilərin gəlirlərini itirmədən həftədə cəmi 32 saat işləməsinə imkan verəcək model üzərində razılığa gəliblər.
Fond rəsmiləri bu tənzimləmənin səmərəliliyi artırmaq və işçilərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıdığını bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay