Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına razılaşıb
Bu gün - yanvarın 27-də Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı növbəti dəfə razılığa gəlməyə çalışacaq. Macarıstan da bu qərarı dəstəkləməyə hazırdır.
Bu barədə “Bloomberg” agentliyi və “Politico” nəşri öz mənbələrinə istinadən yazıb.
Bu gün Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşü baş tutacaq.
“Politico” yazır ki, Macarıstan “enerji təhlükəsizliyi” ilə bağlı narahatlıqlarını qeyd edəcək və bəyanatın müqabilində güzəştə gedəcək.
Aİ-nin sanksiyalar rejimi hər altı aydan bir uzadılma tələb edir və heç bir ölkə buna etiraz etmir. Sanksiyaların uzadılması 15 paketə təsir edir, o cümlədən Rusiyanın suveren aktivlərində təxminən 200 milyard avronun bloklanmasına.
Macarıstan Baş naziri Viktor Orban xəbərdarlıq edib ki, Ukrayna bir neçə şərti yerinə yetirərsə, Rusiyaya qarşı sanksiyaların uzadılmasına razılıq verəcək. Bu şərlər aşağıdakılardı:
- Rusiya qazının tranzitini bərpa etmək; “Türk axını”nın infrastrukturuna hücum etməmək və Rusiya neftinin öz ərazisi ilə Avropaya nəqlinə mane olmamaq.
Siyasətçi hərəkətlərini Donald Trampın ABŞ prezidenti postuna qayıtması ilə əlaqələndirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay