Dünyanın 500 ən dəyərli brendinin dəyəri 9,5 trilyona çatıb - SİYAHI, FOTOLAR
2025-ci ildə "Apple" 574,5 milyard dollar dəyəri ilə dünyanın ən qiymətli brendi seçilib.
Valyuta.az bu barədə dünyanın aparıcı marka qiymətləndirmə məsləhət şirkəti "Brand Finance"a istinadən xəbər verir.
Məlumata görə, "Apple"nin dəyəri 2024-cü illə müqayisədə 11%-lik artıb. "NVIDIA" isə 98%-lik brend dəyəri artımı ilə ilk dəfə ən güclü 10 brend sıralamasına daxil olub. Ümumilikdə, dünyanın 500 ən dəyərli brendinin ümumi dəyəri 2025-ci ildə 9,5 trilyon dollara çataraq qlobal iqtisadi artımı 3% üstələyib.
Texnologiyanın hökmranlığı
"Brand Finance"ın tədqiqatlarına əsasən, texnologiya sektoru dünyanın ən güclü və sürətlə böyüyən brendləri ilə liderliyini qoruyur. İlk 10-luqda texnologiya sektoruna aid 8 brend yer alıb. "Apple", "Microsoft", "Google" və "Amazon" ilk dörd yeri tutaraq sektorda üstünlük təşkil edir. "TikTok" (Çində "Douyin") və "Facebook" isə öz mövqelərini qoruyub saxlayıb.
"NVIDIA"nın brend dəyəri 87,9 milyard dollara çataraq texnologiya sektorunun yüksəlişini təsdiqləyir. Şirkətin süni intellekt sahəsindəki liderliyi onun dəyərinin 98% artmasına səbəb olub. Eyni zamanda, "Etisalat"ın rebrendinqi ilə "e&" adı altında beynəlxalq genişlənməsi brend dəyərini səkkiz dəfə artıraraq onu dünyanın ən sürətlə böyüyən brendi edib.
İstehlakçı elektronikasında liderlik
"Apple" yüksək reputasiya göstəriciləri və güclü qlobal mövqeyi ilə istehlakçı elektronikasında liderdir. Brendin araşdırılan bazarlarında istehlakçıların 80%-dən çoxu onu tanıyır və 45%-i məhsul və xidmətlərindən istifadə etməyi düşünür. Bu, "Apple"ın məhsul keyfiyyəti və yenilikləri ilə bazarda dominant mövqeyini təsdiqləyir.
Ən sürətlə böyüyən sektorlar
2020-ci ildən bəri brend dəyəri üzrə ən böyük artım texnologiya, qumar, əczaçılıq və avtomobil sektorlarında müşahidə edilib. Məsələn, "DraftKings" və "FanDuel" kimi qumar brendləri ABŞ-da onlayn mərc oyunlarının qanuniləşdirilməsi ilə böyük yüksəliş əldə edib. Elektrikli avtomobil istehsalçısı "BYD" və dərman brendi "Lilly" də artan tələbat sayəsində önə çıxıb.
"Media" sektoru da dinamik inkişaf edir. "BBC" brendi 2025-ci ildə yenidən "Brand Finance Global 500" siyahısına daxil olub və rekord gəlirlər əldə edib.
Brend gücü təhlili
Dünyanın ən güclü brendi olaraq "WeChat" 2025-ci ildə də liderliyini qoruyub, 100-dən 95,2 bal toplayaraq AAA+ reytinqi qazanıb. "Nike" və "Google" isə ikinci və üçüncü yerləri tutaraq yüksək tanışlıq və müsbət reputasiya göstəriciləri ilə seçiliblər.
Brendlərin gələcəyi
Gələcəkdə brendlərin uğuru, texnologiya sahəsindəki sürətli dəyişikliklər, geosiyasi qeyri-müəyyənlik və dəyişən istehlakçı gözləntilərinə uyğunlaşma qabiliyyətlərindən asılı olacaq. "Brand Finance"ın tədqiqatlarına görə, güclü brendlər uzunmüddətli biznes uğurlarının əsas hərəkətvericiləridir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay