Dünya
23.01.2025 / 12:25
Avropa İttifaqı keçən il elektrik enerjisinin 47 faizini bərpaolunan mənbələrdən əldə edib
63657
Avropa İttifaqının (Aİ) elektrik enerjisi istehsalında günəş enerjisinin payı ilk dəfə 2024-cü ildə kömürü keçib.
Ötən il Aİ-nin elektrik enerjisi istehsalında günəş enerjisinin payı 11 faizə çatdığı halda, kömürün payı ilk dəfə olaraq 10 faizdən aşağı düşüb. Həmçinin elektrik enerjisi istehsalında külək enerjisinin payı 17 faiz, təbii qazın payı isə 16 faiz təşkil edib.
Günəş enerjisində güclü artım və hidroenergetika istehsalının bərpası ilə Aİ keçən il elektrik enerjisinin 47 faizini bərpaolunan mənbələrdən əldə edib. Elektrik enerjisi istehsalında qalıq yanacaqların ümumi payı 29 faiz təşkil edib. İstehsalın qalan hissəsi digər mənbələrdən, o cümlədən nüvə enerjisindən əldə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay