Rusiyanın neft ixracı minimuma endi
Yanvarın 13-dən 19-na kimi həftə ərzində Rusiyanın dəniz neft ixracının həcmi noyabrdan bəri ən aşağı səviyyəyə düşüb və gündəlik 2,75 milyon barrel təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşr qeyd edib ki, son dörd həftə ərzində tədarüklərin daha indikativ orta həcmi 2,94 milyon barel ətrafında qalıb. Agentliyin proqnozlarına görə, mövcud vəziyyət belə davam edərsə, Rusiya neftinin daşınması son 16 ayın minimum səviyyəsinə düşə bilər.
Yanvarın 10-da ABŞ Rusiyadan karbohidrogenlərin daşınması ilə məşğul olan 100-ə yaxın gəmiyə, həmçinin Sovcomflot və Qazpromneft ilə əlaqəli gəmilərə qarşı sanksiyalar tətbiq edib. "Bloomberg: Rusiya ilə enerji ticarətinə tətbiq edilən bu sanksiyaları son zamanlar ən aqressiv adlandırıb.
Bunun ardınca Rusiya neftini daşıyan 65 tanker bütün dünyaya lövbər salıb. "Reuters" danışan mənbələrə görə, tanker donanmasının təxminən 10%-i məhdudiyyətlərdən təsirlənib. Dayandırılan 65 tankerdən 5-i Çin limanları yaxınlığında, 7-si isə Sinqapur yaxınlığında dayandırılıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay