ABŞ-nin BMT-yə borcu 3 milyarda çatır
ABŞ-nin BMT-yə borcu 2,8 milyard dollardır ki, bunun da 1,5 milyard dolları dünya təşkilatının əsas büdcəsinə aiddir.
Bunu BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Hak deyib.
"ABŞ-nin BMT-nin adi büdcəsinə borcu 1,5 milyard dollardır. Əgər müntəzəm büdcəni, sülhməramlı missiyalar və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir", - deyə o bildirib.
Hak onu da xatırladıb ki, dünya təşkilatının müəyyən edilmiş qaydalarına görə, bir ölkənin borcu iki il ərzində BMT-nin adi büdcəsinə tələb olunan töhfələrin məbləğindən artıq olarsa, bu ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir. BMT Baş Assambleyasının təsdiq etdiyi 2025-ci il üçün müntəzəm büdcəsi 3,72 milyard dollardır.
Vaşinqton BMT-nin əsas sponsorlarından biri olaraq qalır və 2022-ci ildə onun töhfələri təşkilatın ümumi büdcəsinin üçdə birindən çoxunu təşkil edib.
©unikal
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay