BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7659
  • RUB
    1.7273
  • TRY
    0.0474
  • GBP
    2.1117
63520

Tramp administrasiyasının yeni sərəncamları bir sıra mühüm dəyişiklikləri əhatə edir. Bu addımlara 75 günlük TikTok möhlətinin verilməsi, 2021-ci ilin 6 yanvar hadisələrinə görə təqsirləndirilən şəxslərin əfv edilməsi, Bayden dövrünün müxtəlif sahələrdəki 78 sərəncamının ləğvi və ABŞ-ın yenidən Paris Sazişindən çıxarılması daxildir.

Müşahidəçilərin fikrincə, Trampın bazar ertəsi imzaladığı bəzi sərəncamlara məhkəmədə etiraz ediləcəyi gözlənilir. Bununla belə, ticarət və tariflərlə bağlı sərəncamların daha konkret olmaması diqqət çəkib. Tramp fevralın 1-dək Meksika və Kanadaya tariflərin tətbiq edilə biləcəyini, eləcə də idxalla bağlı daha geniş tədbirlər nəzərdən keçirdiyini vurğulayıb.

Valyut.az “Bloomberg”ə istinadən Tramp administrasiyasının dəyişikliklərini təqdim edir:

“TikTok”

Tramp “TikTok”a qarşı tədbirləri müvəqqəti dayandıraraq şirkətə və onun Çinli sahibi “ByteDance Ltd.”ə ABŞ-ın milli təhlükəsizlik narahatlıqlarını həll etmək üçün 75 günlük müddət verib.

“Tariflər"

Yeni administrasiya ABŞ-ın Çin, Kanada və Meksika ilə ticarət əlaqələrini yenidən nəzərdən keçirmək niyyətindədir. Tramp "Amerika işçilərini və ailələrini qorumaq üçün dərhal ticarət sistemimizin əsaslı təmirinə başlayacağam" deyə bildirib.

O, Meksika və Kanadaya 25%-ə qədər tarif tətbiq etməyi, eləcə də "Xarici Gəlir Xidməti" adlanan yeni bir struktur vasitəsilə tariflərin yığılmasını planlaşdırır.

Fövqəladə inflyasiya

Administrasiya mənzil, səhiyyə və enerji xərclərini azaldacaq tədbirləri prioritet kimi müəyyən edib.

İmmiqrasiya

Tramp administrasiyası immiqrasiya siyasətində ciddi dəyişikliklər planlaşdırır:

Sərhəd təhlükəsizliyi: Cənub sərhədində milli fövqəladə vəziyyət elan edilib və sərhəd təhlükəsizliyi üçün silahlı qüvvələrin yerləşdiriləcəyi bildirilib.

Deportasiyalar: Cinayət törətmiş milyonlarla immiqrantın deportasiyasına başlanacaq.

Doğum hüququ vətəndaşlığı: Müvəqqəti statusa malik şəxslərin ABŞ-da doğulan uşaqlarına avtomatik vətəndaşlıq hüququnun ləğvi nəzərdə tutulub.

Enerji və iqlim

Tramp Bayden administrasiyasının iqlim siyasətini tamamilə ləğv edərək:

Yerli enerji istehsalını artıracaq.

Strateji Neft Ehtiyatını artırmağı və enerji ixracını genişləndirməyi planlaşdırır.

Külək stansiyaları və elektrik avtomobilləri ilə bağlı tənzimləmələri dayandırır.

Mədəniyyət və cins siyasəti

Administrasiya yalnız iki cinsin, kişi və qadının rəsmi siyasətə daxil edilməsini tələb edən sərəncam imzalayıb. Hökumətin bütün sahələrində müxtəliflik təşəbbüslərinə son veriləcək.

Digər tədbirlər

Tramp Ümumdünya Səhiyyə Təşkilatından çıxmaq barədə sərəncam imzalayıb.
Federal işçilərin uzaqdan işləməsinə son veriləcək və işə qəbul dondurulacaq.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Onlayn kreditlərə məhdudiyyət tətbiq edilə bilər? (VİDEO)

ANAMA sədrinin birinci müavini vəzifəsindən azad edildi

Neft bazarını silkələyən elektrikli avtomobillər erası - "Reuters"

"Kölgə" və "qaranlıq" donanmalarına ABŞ sanksiyaları - "BBC"

"Kölgə" və "qaranlıq" donanmalarına ABŞ sanksiyaları - "BBC"

Hansı ölkənin nə qədər "Bitcoin" ehtiyatı var?

Ötən il xaricdən çay alışına 76 milyon dollar xərclənib

Trampın kriptovalyuta addımına "MAGA" cəbhəsindən etiraz - "The Guardian"

Azərbaycan-Qırğızıstan Fondu Qırğızıstanda SES-in inşasını maliyyələşdirəcək

30 ildir Azərbaycanda olan məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı

"MicroStrategy"dən milyard dollarlıq sənəd alımı

"Arçelik"in satışlarında 20%-lik artım - Hesabat

Əhalinin banklara nə qədər kredit borcu var? - Rəqəmlər

Bazardakı un ucuz və ən bahalı unlar - SİYAHI

Bazardakı un ucuz və ən bahalı unlar - SİYAHI

Manatın dövretmə sürətində azalma qeydə alınıb

Bu tarixdən temperatur enəcək, güclü külək olacaq...

"Starbucks" yeni CEO-suna 96 milyon dollar maaş ayırdı

Sabah 14° isti olacaq

Bank kartları ilə bağlı problemlər artır: təhlükəsizlik necə təmin olunmalıdır? - ARAŞDIRMA

Almaniyada "TOP-5"ə daxil olan azərbaycanlı neyrocərrah - MÜSAHİBƏ

Neftimiz ucuzlaşmaqda davam edir

Dünyanın ən zəngin 10 insanı - "Forbes"

Qızıl heç vaxt bu qədər baha olmayıb – Qiymətlər

İrəvanda ictimai nəqliyyatdakı qiymət artımına görə boykot aksiyası başlayıb

Avropada qazın qiyməti son 1 ayda 6% artıb - Son rəqəmlər

Zərərli, toksik, qərəzli məzmun və təhlükəsizlik boşluqları – "DeepSeek-R1" araşdırması

Zərərli, toksik, qərəzli məzmun və təhlükəsizlik boşluqları – "DeepSeek-R1" araşdırması

Manatın nominal effektiv məzənnəsi artıb

"SK hynix" ilk dəfə "Samsung"u geridə qoydu - Hesabat

“Bu gün tələbə olsaydım, ilk edəcəyim iş süni intellekti öyrənmək olardı" - SƏHƏR OXUSU

“Global Mining” şirkəti hansı qaydaları pozub?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin