Britaniya Çin şirkətinin uyğurların məcburi əməyindən istifadə etməsi iddialarını araşdırır
Britaniyada Çin mənşəli geyim pərakəndə satıcısı "Shein" şirkətinin Londonda ilkin səhmlərin yerləşdirilməsi (IPO) üçün icazə alması ilə bağlı problemlər davam edir. Şirkət cari ilin iyun ayında London fond birjasında IPO keçirmək üçün məxfi müraciət etmişdi. Lakin bu proses tənzimləyici orqanların əlavə yoxlamaları səbəbindən gecikir.
Valyuta.az bu barədə "The Guardian"a istinadən xəbər verir.
Mənbələrə istinadən verilən məlumata görə, Britaniyanın Maliyyə Tənzimləmə və Nəzarət İdarəsi (FCA) "Shein" şirkətinin təchizat zəncirlərini diqqətlə yoxlayır. Şirkətin Sincan-Uyğur Muxtar Rayonunda pambıq yığımında uyğurların məcburi əməyindən istifadə edib-etməməsi əsas diqqət mərkəzindədir.
Bu yoxlamalara səbəb insan haqları təşkilatı "Stop Uyghur Genocide" tərəfindən FCA-ya avqust ayında təqdim olunmuş hesabatdır. Bundan əlavə, Britaniyanın məcburi əməyin qarşısının alınması üzrə müstəqil komissarlığı da bu məsələdə narahatlığını ifadə edib.
Şirkət nümayəndəsi bildirib ki, "Shein" məcburi əməyə qarşı sıfır dözümlülük siyasəti həyata keçirir və insan haqlarının qorunmasına sadiqdir. Lakin şirkət IPO prosesinə dair verilən suallara cavab verməkdən imtina edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay