BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7864
  • RUB
    1.6079
  • TRY
    0.0487
  • GBP
    2.1703
61342

"Avropa Mərkəzi Bankı" (AMB) depozit faizini 25 baza bəndi azaldaraq 3 %-ə endirib.

Valyuta.Az xəbər verir ki, beləliklə, bank bu il faizlərdə IV endirim qərarını qəbul edib.

"Bloomberg" tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçıların gözləntiləri də depozit faizinin 3 % səviyyəsinə endirilməsi istiqamətində idi.

Bank əsas refinansman faizini 3,40 %-dən 3,15 %-ə, marjinal maliyyələşdirmə imkanını isə 3,65 %-dən 3,40 %-ə salıb.

Qərar mətnində dezinflyasiya prosesinin nəzərdə tutulan çərçivədə irəlilədiyi vurğulanıb. Həmçinin bank, aylıq orta hesabla "PEPP" portfelini 7,5 milyard avro azaltmaq qərarına gəlib.

Qərar mətnində, iclaslara uyğun olaraq məlumatlara əsaslanan yanaşmanın davam etdiriləcəyi qeyd edilib. Bankın qərar mətnində bir çox göstəricinin inflyasiyanın 2 % səviyyəsində davamlı olaraq sabitləşəcəyinə işarə etdiyi bildirilib. "AMB" inflyasiyanın bu səviyyə ətrafında sabitləşməsi mövzusunda qətiyyətli olduğunu vurğulayıb.

Mətnə görə, maliyyə şərtlərinin yumşalmağa başladığı qeyd edilsə də, ümumilikdə maliyyə şərtlərinin hələ də sərt qalacağına diqqət çəkilib.

"AMB"nin açıqlamasında, siyasətin "lazım olduğu qədər uzun müddət kifayət qədər məhdudlaşdırıcı" qalacağı ifadəsi çıxarılaraq, mövqe dəyişikliklərinin siqnalı verilib.

İqtisadi proqnozlar açıqlanıb

Qərarla birlikdə "AMB"nin iqtisadi proqnozları da yayımlanıb. Bank 2024-cü il üçün inflyasiya gözləntisini 2,5 %-dən 2,4 %-ə endirib. 2025-ci il üzrə inflyasiya proqnozu isə 2,2 %-dən 2,1 %-ə endirilib. 2026-cı il üçün proqnoz isə 1,9 % səviyyəsində saxlanılıb.

Bank əsas inflyasiya proqnozlarını dəyişməyib. 2024-cü il üçün proqnoz 2,9 %, 2025-ci il üçün isə 2,3 % səviyyəsində qalıb.

Bundan əlavə, bank 2024-cü il üçün iqtisadi artım proqnozunu 0,8 %-dən 0,7 %-ə, 2025-ci il üçün isə 1,3 %-dən 1,1 %-ə azaldıb.

Maliyyələşmə şərtlərində yumşalma müşahidə olunur

"Avropa Mərkəzi Bankı"nın prezidenti Kristina Laqard (Christine Lagarde) faiz qərarından sonra çıxış edib.

Laqard bildirib: “İdarə heyəti bu gün üç əsas faiz dərəcəsini 25 baza bəndi azaltmaq qərarına gəlib. Xüsusilə depozit faizinin azaldılması qərarı pul siyasətimizin mövqeyini əks etdirir. Bu, həm inflyasiya perspektivimizi, həm də inflyasiyanın əsas dinamikalarını nəzərə alaraq qəbul edilmiş qərardır. Dezinflyasiya prosesi davam edir və 2025-ci ildə 2,3 % əsas inflyasiya gözləyirik. Orta müddətli dövrdə inflyasiyanın 2 %-lik hədəfə sabitləşəcəyini düşünürük. Ölkələr üzrə inflyasiya səviyyəsi aşağı düşsə də, bəzi sektorlar üzrə əməkhaqqı artımlarına görə gecikmiş yaxşılaşmalar müşahidə olunub. Maliyyələşmə şərtlərində yumşalma var və qərarlarımızı iclasdan iclasa məlumatlara əsasən verəcəyik. İqtisadi artım əsasən istehlakın payına düşür. İxrac hələ də zəifdir, bəzi sektorlar rəqabət qabiliyyətində çətinlik çəkir. Maliyyə siyasətləri və struktur addımlar iqtisadiyyatı daha güclü hala gətirəcəkdir.”

Laqard çıxışını belə davam etdirib:

“Gələcək dövrdə əmək xərclərinin azalmasını və məhsuldarlıqda artım müşahidə olunmasını gözləyirik. Qlobal ticarət sahəsində artan risklər ixracı məhdudlaşdıraraq avro bölgəsində risk yarada bilər. Artan geosiyasi gərginliklər enerjinin və daşınma xərclərinin yüksəlməsinə səbəb ola bilər. Maliyyələşmə şərtləri sərt qalmağa davam edir. Pul siyasəti və maliyyə sabitliyi ilə bağlı inkişafları izləməkdə davam edəcəyik. Faiz qərarlarımızı inflyasiya perspektivinə əsasən verəcəyik. 25 baza bəndlik faiz endirimi idarə heyəti üzvlərinin yekdil qərarı idi. İnflyasiya 2 %-lik hədəfə yaxınlaşır, məlumatlara əsaslanaraq qərarlarımızı davam etdirəcəyik. ABŞ-dakı seçkilərdən sonra ortaya çıxa biləcək siyasətlər də mövcuddur. Sərt siyasətlərimizə davam edirik. Hələ də məhdudlaşdırıcı mövqedəyik və bununla bağlı hər hansı sual olmamalıdır.”

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mənzillərin özəlləşdirilməsi qaydası dəyişilir

Azərbaycanın əmlak bazarında yeni mərhələ: Sənədsiz evlərin qiyməti niyə düşür?

Turist axını 17% artıb

“e-rüsum” informasiya sistemi yaradılacaq, dövlət rüsumları "e-bildiriş" əsasında ödəniləcək

Xaricdən bu mixəyin bir kiloqramını 35 manata alırıq - Qiymətlər

Yeni dövlət rüsumları müəyyənləşir

Bu şəxslərin maaşı yeni qayda ilə hesablanacaq - Qanuna dəyişiklik

Nazir AzTV-nin əməkdaşına vəzifə verdi

Sabah Bakıya sulu qar yağacaq

Taxta qiymətləri ilin əvvəli ilə müqayisədə 44 manat bahalaşıb

Bankomatların fəaliyyətində dayanmalar - Nağdlaşdırmada niyə problemlər var?

Bu sahədə qadınlar üçün iş yaradılacaq

Ali Məhkəmə əhalinin kommunal borclarına dair qərar qəbul edib

"Warner Bros. Discovery"nin struktur dəyişikliyi: Səhmlərdə yüksək artım - "CNN"

Azərbaycanda bu şəxslər də pensiya alacaqlar

Operativ nəqliyyat vasitələrinin siyahısı genişlənir

“Azərlotereya” üç beynəlxalq standart üzrə sertifikat aldı®

2 sığorta agentinin lisenziyası ləğv edilib

Vaşinqtondan Kiyevə 72-ci yardım paketi

Təchizat Mərkəzi bu şirkətdən 21 milyonluq avadanlıq alır

DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək

Birbank və AZAL-dan sərhədsiz səyahət imkanı®

Əsgərliyin son yaş həddi endirilir

"Azsığorta" ASC-nin səhmdarları toplanır

Avropada ilin IV faiz endirimi

Bakının bu küçələrində binalar söküləcək - 38 milyon manat ayrıldı

"Tesla"nın itkiləri "Zoox"un qazancı oldu

Evlərə günəş panellərinin quraşdırılması neçəyə başa gəlir? - QİYMƏTLƏR

Özəl xəstəxanalarda əməliyyatlar bahalaşıb - SƏBƏBLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin