BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
61336

"Dünya Bankı" 2025-ci ilin yanvar ayında yayımlanacaq "Qlobal İqtisadi Perspektivlər Hesabatı"nın 26 aşağı gəlirli ölkənin iqtisadi göstəricilərini əhatə edən bölməsini açıqlayıb.

Valyuta.Az-ın "Bloomberg"ə istinadla verdiyi məlumata əsasən açıqlamada bildirilib ki, qarşıdakı 25 il dünyanın ən kasıb 26 ölkəsinin orta gəlirli ölkə statusuna keçib-keçməyəcəyi baxımından həlledici olacaq.

Məlumata görə, bu ölkələrdə insanların 40 faizindən çoxu gündəlik 2,15 dollardan az gəlirlə yaşayır və bu səbəbdən onlar qlobal səviyyədə həddindən artıq yoxsulluğun aradan qaldırılması səylərinin əsas hədəfindədir.

Lakin həmin ölkələrdəki inkişaf artan münaqişələr, tez-tez baş verən iqtisadi böhranlar və zəif iqtisadi artım səbəbindən demək olar ki, dayanmış vəziyyətdədir.

Son 25 ildə əldə olunan inkişafın bu ölkələrdən yan keçdiyi vurğulanan açıqlamada, XXI əsrin əvvəlində "Dünya Bankı"nın 63 ölkəni "aşağı gəlirli" kimi təsnif etdiyi xatırladılıb.

Açıqlamada Hindistan, İndoneziya və Banqladeş də daxil olmaqla 39 ölkənin "orta gəlirli" ölkələr sırasına daxil olduğu, Suriya və Cənubi Sudanın isə 2010-cu illərdə "aşağı gəlirli" ölkələr sinfinə keçdiyi qeyd edilib. Bu ölkələrin iqtisadi inkişafının dayandığı və son 15 ildə adambaşına düşən ümumi daxili məhsulun illik artım tempinin 0,1 faizdən az olduğu vurğulanıb.

"Dünya Bankı" bildirib ki, "İqtisadi artım tempində davamlı yaxşılaşma olmadan, hazırkı aşağı gəlirli ölkələrdən yalnız 6-nın 2050-ci ilə qədər orta gəlirli ölkə statusuna çatması ehtimal edilir."

"Bu ölkələrin demək olar ki, hamısı iqlim dəyişikliyinə qarşı həssasdır"

Açıqlamada bu ölkələrin əvvəlki nəsillərlə müqayisədə daha böyük maneələrlə üzləşdiyi vurğulanıb. Onlardan 17-nin münaqişə və ya həssaslıq səbəbindən çətinlik çəkdiyi, ölüm səviyyəsinin digər inkişaf etməkdə olan ölkələrdəki göstəricilərdən 20 dəfə yüksək olduğu bildirilib.

Həmçinin bu ölkələrin demək olar ki, hamısının iqlim dəyişikliyinə qarşı həssas olduğu qeyd edilib. Çoxunun borc problemi ilə üzləşdiyi və ya yüksək borc riskinin mövcud olduğu vurğulanıb.

Bununla belə, bu ölkələrin daha yüksək həyat standartına çatmaq üçün vacib təbii resurslara malik olduğu bildirilib. "Dünya üzrə məlum olan kobalt və qrafit ehtiyatlarının müvafiq olaraq 60 və 50 faizindən çoxuna sahib olan hazırkı aşağı gəlirli ölkələr, bərpa olunan enerji istehsalı və saxlanması üçün tələb olunan ən böyük metal və mineral ehtiyatlarından birinə malikdir. Günəş enerjisi istehsalı potensialları isə dünya üzrə ən yüksək səviyyələrdən biridir. Bundan əlavə, iqtisadi artım üçün güclü amil olan əmək qabiliyyətli əhali dünyanın demək olar ki, hər yerində azalarkən, bu ölkələrdə sürətlə artır," deyə vurğulanıb.

Nepal və Ruanda kimi orta gəlirli ölkələrə çevrilməyi bacarmış ölkələrin təcrübəsinə diqqət çəkilən açıqlamada, hazırkı aşağı gəlirli ölkələrin gələcək 25 ildə gəlir səviyyələrini artırmaq üçün əvvəlki uğurlu nümunələrdən ilham ala biləcəyi qeyd edilib.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Intel"də son vəziyyət: maliyyə böhranı, rəhbər dəyişikliyi, bölünmə qərarı - "Bloomberg"

Fed ABŞ-nin III rüb maliyyə hesabatını açıqlayıb

"Dünya Bankı"ndan xəbərdarlıq: 2050-ci ilə qədər 20 ölkə kasıb qalacaq

"Xan İnşaat" cərimə oluna bilər

"Silo Construction" ilə DGK arasında nə baş verib?

Bu ölkə texnologiya şirkətlərini yerli media məzmunu üçün pul ödəməyə məcbur edəcək

İngiltərə həddindən artıq ixtisaslı işçilərin sayına görə liderdir

Avropada Yeni ili qarşılamaq üçün ən yaxşı yer açıqlandı (SİYAHI)

Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsdi

Neftin qiyməti 200 dollar ola bilər... - Əsas şərt açıqlandı

DGK "Ayan" şirkətini inzibati məsuliyyətə cəlb etdi

Nazirlik Mehdiyevlərə məxsus şirkətlə 2,2 milyonluq müqavilə imzaladı

"Google" yeni süni intellekt modelini təqdim edib

"Dünya Qızıl Şurası"nın 2025-ci il üçün qiymət proqnozları

Türkiyə qlobal kripto birjasına girişi məhdudlaşdırdı

Bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dünyanın ən zəngin insanları - "Forbes"

Dünyanın ən zəngin insanları - "Forbes"

Keçmiş işçisi "Piramida Tunel İnşaat"ı məhkəməyə verdi

"Korean Air" "Asiana Airlines" şirkətini alaraq öz filialına çevirib

Bu il kripto birjasına nə qədər vəsait yatırılıb? - "Binance" CEO-su açıqladı

Avropa İttifaqı sanksiyalardan 1,5 trilyon avro itirib

FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Avropa İttifaqının Rusiyaya XV sanksiya paketi - "Kölgə donanması"

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

“Time” jurnalı Trampı “İlin adamı” elan edib

İstanbulda bir ay yaşamaq neçəyə başa gəlir? - MƏBLƏĞ

"Saxta diplomların qarşısını almaq üçün sertifikasiya imtahanı ləğv edilməlidir" - Adil Qeybulla

Bu gün banklara 70 milyon dollar satılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin