Çin tarixinin ən isti payızını yaşadı
Çin meteoroloji qeydlərin müntəzəm olaraq aparılmağa başladığı 1961-ci ildən bəri ən isti payız fəslini yaşayıb.
Valyuta.az xəbər verir ki, Milli İqlim Mərkəzinin verdiyi açıqlamaya görə, 2024-cü ilin 1 sentyabr-30 noyabr tarixləri arasında ölkə üzrə orta temperatur 11,8 dərəcə olub. Bu rəqəm əvvəlki illərin orta göstəricisini 1,5 dərəcə üstələyib.
Xüsusilə ölkənin mərkəzi, şərq, cənub-qərb və şimal-qərb rayonlarında havanın orta temperaturu əvvəlki illərlə müqayisədə 2-4 dərəcə artıb.
Bu dövrdə rütubət də artıb, 9 tufan baş verib, onlardan 5-i tayfunlar nəticəsində olub.
Meteoroloqlar yaxın 3 ayı əhatə edən qış dövründə ölkənin əksər hissəsində orta temperaturun əvvəlki illərə yaxın və ya ondan yüksək olacağını proqnozlaşdırırlar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay