Almaniya polisi ölkənin ən böyük qeyri-qanuni onlayn bazarını ləğv etdi
Almaniya Federal Kriminal Polis İdarəsi (BKA) "Crimenetwork" adlı qeyri-qanuni mal və xidmətlərin ticarəti üçün ən böyük almandilli platformanın ləğv edildiyini elan edib.
Valyuta.az xəbər verir ki, vu platforma oğurlanmış məlumatların, narkotiklərin və saxta sənədlərin satışı üçün istifadə edilib.
İstintaq çərçivəsində BKA əməkdaşları platformanın uzun illər fəaliyyətini təmin edən 29 yaşlı inzibatçısını saxlayıblar. Həbs bir gün əvvəl olub, bundan sonra həmin şəxs məhkəməyə aparılıb, onun barəsində həbs-qətimkan tədbiri seçilib.
"Crimenetwork" layihəsi 2012-ci ildən mövcuddur və internetin almandilli seqmentində kölgə iqtisadiyyatının əsas platformalarından biri idi. Bağlanarkən onlayn xidmətin əsasən alman dilində danışılan ölkələrdən 100 mindən çox qeydiyyatdan keçmiş istifadəçisi və 100-dən çox satıcısı olub.
Hüquq-mühafizə orqanları platformanı gücləndirən serverləri də bağlayıb. BKA nümayəndələri qeyd ediblər ki, bu resursun ləğvi internetdə qanunsuz fəaliyyətə qarşı mübarizədə mühüm addım olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay