"Sanksiyaların tezliklə ləğv olunacağına inanmıram" - VTB Bankın rəhbəri
"Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı tətbiq edilən Qərb sanksiyalarının yaxın vaxtlarda ləğv olunması ehtimalı azdır".
Valyuta.Az xəbər verir ki, bu barədə Rusiyanın ikinci ən böyük bankı olan VTB-nin baş direktoru Andrey Kostin "Reuters" agentliyinə müsahibəsində bildirib.
"Mən həqiqətən də sanksiyaların tezliklə ləğv olunacağına inanmıram. Bunun mümkün olduğunu görmürəm. Yaxşı bir nümunə Cekson-Vanik düzəlişidir. Bu düzəliş SSRİ-yə qarşı qəbul edilmişdi və yalnız 2012-ci ildə ləğv olundu," – deyə Kostin vurğulayıb.
O, bu açıqlaması ilə Soyuq müharibə dövründə SSRİ-dən dini azlıqların köç etmə hüquqlarını ticarət əlaqələrinə bağlayan qanuna istinad edib.
Kostin əlavə edib ki, Ukrayna münaqişəsi səbəbilə Qərbdə dondurulmuş Rusiya valyuta ehtiyatlarının geri qaytarılması perspektivi də çox zəif görünür:
"Qərbdə deyirlər ki, Ukraynanın bərpası üçün ehtiyatlardan istifadə edək. Və elə bir hesab çıxaracaqlar ki, ehtiyatlar belə kifayət etməyəcək," – deyə Kostin proqnoz verib.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay