BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
60438

Moldova "Qazprom"a istehlak etdiyi yanacağa görə 709 milyon dollar məbləğində borcunu ödəməyəcək.

Valyuta.az xəbər verir ki, bu barədə "Moldova 1" telekanalına müsahibəsində Moldovanın baş naziri Dorin Recean danışıb.

"Biz bu borcu ödəməyəcəyik", deyə baş nazir bildirib.

Dorin Receanın  sözlərinə görə, "Qazprom" mövcud olmayan borcun ödənilməsi ilə əlavə tədarükləri şərtləndirməyə çalışır.

Bundan əlavə, baş nazir Moldova vətəndaşlarına xəbərdarlıq edib ki, onları çox çətin qış gözləyir. O, birinci risk faktorunu Dnestryanıya qazın nəqlinin mümkün dayandırılması, ikincisini isə əhali üçün qazın qiymətinin artması kimi adlandırıb. Rəsmi həmçinin qeyd edib ki, 300 minə yaxın insanın yaşadığı Dnestryanıya yanacaq tədarükünün dayandırılması humanitar fəlakətlə doludur.

Noyabrın 26-da Moldova baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini Oleq Serebryan bildirib ki, Rusiya Dnestryanıya qaz nəqlini dayandırarsa, bu, bütün Moldova üçün əsl faciə olacaq. Serebryanın sözlərinə görə, hadisələrin belə inkişafının qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır. "Danışıqlar arzuolunmaz olsa belə, yenə də zəruridir", deyə o, yekunlaşdırıb.

Ertəsi gün Moldovanın energetika naziri Viktor Parlikov bildirib ki, "Qazprom" Ukrayna ərazisindən Dnestryanıya qaz tranzitini saxlamaq üçün Kişinyova Kiyevlə danışıqlar aparmağı təklif edib. O qeyd edib ki, bu, respublika üçün asan ssenari olacaq, lakin qərarın tez qəbulu çətindir.

"Ukrayna Rusiya qazının tranzitini dayandırarsa, Moldova hakimiyyəti Avropa Komissiyasına (AK) müraciət edəcək". Bunu isə "Moldovaqaz" şirkətinin idarə heyətinin sədr müavini Vadim Çeban N4 telekanalının efirində deyib.

"Qeyri-müəyyənlik davam edərsə, Moldova ölkəyə sabit qaz tədarükü üçün kompromis həll yolu tapmaqda kömək üçün Avropa Komissiyasına müraciət etməyə məcbur olacaq", deyə sədr müavini əlavə edib.

Vadim Çeban əlavə edib ki, Moldova Trans-Balkan dəhlizi ilə də alternativ yollar axtaracaq. O qeyd edib ki, "Qazprom", Ukraynanın "Naftoqaz" şirkəti və qaz nəqli sistemlərinin operatorları arasında operator müqavilələrinin imzalanması son dərəcə vacibdir. Bu razılaşmalar olmadan qaz tranzitinin təşkili, o cümlədən Dnestryanı və digər Avropa ölkələrinə tədarük mümkün olmayacaq.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin