BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
60212

1912-ci ildə Liverpulda doğulan və İkinci Dünya Müharibəsinin sağ qalan ən yaşlı kişi veteranı olan Con Tinnisvud (John Tinniswood) 112 yaşında vəfat edib.

Valyuta.Az "The Guardian"a istinadən xəbər verir ki, 26 avqust 1912-ci ildə Liverpulda anadan olan Tinnisvud, bu ilin aprelində dünyanın ən yaşlı kişisi kimi qeydə alınmışdı. O, bazar ertəsi Merseysayd əyalətində yerləşən Sautport şəhərindəki "Hollis" adlı qocalar evində, ailəsinin dediyinə görə, “musiqi və sevgi ilə əhatələnmiş şəkildə” dünyasını dəyişib.  

Ailəsinin bəyanatında qeyd olunub:  

“Con həmişə təşəkkür etməyi sevirdi. Buna görə onun adından illər ərzində ona qayğı göstərən hər kəsə, xüsusən də "Hollis" qocalar evinin işçilərinə, ailə həkimlərinə, tibb bacılarına, məşğulluq terapevtinə və digər NHS (Milli Səhiyyə Xidməti) personalına təşəkkür edirik.”  

Bir qızı, dörd nəvəsi və üç nəticəsi olan Tinnisvud qeydə alınmış dördüncü ən yaşlı britaniyalı kişi kimi tarixə düşüb.  

Ailə üzvləri əlavə edib:  

“Con çox gözəl xüsusiyyətlərə malik idi. O, ağıllı, qətiyyətli, cəsur, hər hansı bir böhranda sakit, riyaziyyatda istedadlı və çox gözəl söhbət yoldaşı idi.”  

Onların dediyinə görə, Con 100-cü doğum günündən qısa müddət əvvəl "Hollis" qocalar evinə köçüb və onun həyat eşqi ilə dolu davranışı qocalar evinin işçiləri və digər sakinləri üçün ilham mənbəyi olub.  

Bu ilin əvvəlində "Ginnesin Rekordlar Kitabı"na açıqlamasında o, 112 yaşına çatmağın ona xüsusi bir hiss yaşatmadığını bildirib:

“Mən özümü bu yaşda hiss etmirəm, buna görə də həyəcanlanmıram. Yəqin ki, məhz buna görə bu yaşa çatmışam. Hər şeyi axarına buraxıram, bu qədər uzun yaşamağımın səbəbini isə heç bilmirəm. Mənim üçün mənim heç kimdən bir fərqim yoxdur.”  

Xüsusi bir sirri olmadığını qeyd edən Tinnisvud, gəncliyində çox gəzməyi və aktiv olmağı vərdiş halına gətirdiyini söyləyib. O, cümə günləri qızardılmış balıq və kartof yeməyi istisna olmaqla, xüsusi bir pəhrizə riayət etmədiyini bildirib:  
“Onlar nə versə, mən də onu yeyirəm, hamı da elədir,” - deyə o əlavə edib.  

Titanikin batdığı il dünyaya gələn Tinnisvud, hər iki dünya müharibəsinin şahidi olub və dünyanın ən yaşlı İkinci Dünya Müharibəsi veteranı kimi tanınıb. O, ordunun ödəmə korpusunda inzibati vəzifədə çalışıb.  

Mühasibat və audit sahələrində işlərlə yanaşı, itkin düşən əsgərlərin yerini müəyyənləşdirmək və ərzaq tədarükünü təşkil etmək kimi logistik vəzifələri yerinə yetirib.  

Daha sonra "Shell" və "BP" şirkətlərində mühasib kimi çalışıb və 1972-ci ildə təqaüdə çıxıb.  

Tinnisvud, bu ilin aprel ayında 111 yaşında ikən, 114 yaşında vəfat edən venesuelalı Xuan Visente Peresdən (Juan Vicente Pérez) sonra "dünyanın ən yaşlı kişisi" titulunu almışdı.  

Qeyd edək ki, dünyanın ən yaşlı insanı isə hazırda 116 yaşında olan yaponiyalı Tomiko İtookadır (Tomiko Itooka).  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var."

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var."

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

“ASG Business Aviation”ə aid sığorta şirkətinin itkiləri 10 mln. manatı ötdü - 3 dəfə azalma

"Qala Həyat” geriləməkdə davam edir - Yığımları 1,1 mln. manat azalıb

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin