2025-ci ildə dolları nə gözləyir?
Dollar ilin sonuna doğru bahalaşacaq. Gələn il dollar üçün əsas narahatlıqlar arasında inflyasiya və ticarət müharibələri var.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" "Markets Live Pulse"un son sorğusuna istinadən yazıb.
Bİldirilir ki, dollar gələn il daha sürətli inflyasiya və artan maliyyə kəsiri kimi risklərlə üzləşərək 2025-ci ilə möhkəm notda başlayacaq.
Gələn il üçün sorğuda iştirak edən 89 ekspert dollara ən çox zərər verə biləcək müxtəlif riskləri sadalyıb. Cavablar arasında ən böyük payı 38 faizlə büdcə kəsiri ilə bağlı narahatlıqlar alıb.
Daha 32 faiz hesab edir ki, yanvarda vəzifəyə gələcək ABŞ-ən seçilmiş prezidenti Donald Tramp seçki kampaniyasında vəd etdiyi tarifləri yerinə yetirərsə, gələn il ABŞ və qlobal artımın zəifləməsi dollara təzyiq göstərəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay