Amerikalıların Rusiyada vergi ödəmək hüququ uzadıldı
ABŞ Maliyyə Nazirliyi ABŞ vətəndaşlarına və şirkətlərinə Rusiya Federasiyasında vergi, rüsum və idxal rüsumlarını ödəməyə icazə verən ümumi lisenziyanın müddətini yanvarın 8-dək uzadıb.
Valyuta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı sənəddə deyilir.
Mətn Amerika fiziki və hüquqi şəxslərinin Rusiya Federasiyasında müntəzəm işləməsini təmin etmək üçün zəruri olan əməliyyatlardan bəhs edir. Xəzinədarlıq Departamenti ABŞ vətəndaşlarına və onların şirkətlərinə gələn il yanvarın 8-dək vergiləri, rüsumları, idxal rüsumlarını ödəməyə, icazələr, lisenziyalar, qeydiyyatlar, sertifikatlar əldə etməyə icazə verib.
Bununla ABŞ hakimiyyəti Mərkəzi Banka, Milli Rifah Fonduna və Rusiya Maliyyə Nazirliyinə qarşı əvvəllər tətbiq edilmiş sanksiyaları istisna etmiş olub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay