Lukaşenko süni intellektdən qorxduğunu etiraf etdi
Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko texniki universitetlərin tələbələrinə süni intellektin insanları ələ keçirilməsindən qorxduğunu deyib.
Valyuta.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
"Qorxuram ki, bu süni intellekt bizi ələ keçirəcək", deyə Belarus lideri bildirib.
Onun fikrincə, texnologiyanın inkişafı nəticəsində bəşəriyyət işsiz qalarsa, belə bir vəziyyət fəlakətə səbəb olacaq.
"Bu, məni çox narahat edir və qorxudur", derə Lukaşenko etiraf edib.
Eyni zamanda, Belarus prezidenti vurğulayıb ki, bəşəriyyət müasir texnologiyalar olmadan yaşaya bilməz, lakin onları mənimsəməli və sahibi olmalıdır.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş BMT Baş Assambleyasında bildirmişdi ki, süni intellekt onun idarə olunmasına düzgün yanaşmadan dünyada parçalanmaya səbəb ola bilər. O, BMT-ni süni intellekt sahəsində əməkdaşlıq platformasına çevirməyə çağırıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay