Dünya
26.09.2024 / 23:45
ABŞ qlobal kriptovalyuta şəbəkəsinə qarşı mübarizəyə başlayır
56344
ABŞ hökuməti anti-Rusiya sanksiyalarından yayınmanın qarşısını almaq üçün qlobal kriptovalyuta şəbəkəsi ilə mübarizə tədbirləri görüb.
Valyuta.az xəbər verir ki, bu məlumat ABŞ prezidenti Co Baydenin Ağ Evin saytında dərc olunmuş bəyanatında yer alıb.
"Bu gün biz beynəlxalq tərəfdaşlarla koordinasiyada qlobal kriptovalyuta şəbəkəsini pozmaq üçün hərəkətə keçdik", deyə Bayden bildirib.
Bəyanatdan belə çıxır ki, digər tədbirlərlə yanaşı, qanunsuz gəlirlərin yuyulmasına qarşı mübarizə tədbirləri həyata keçiriləcək. Tədbir Ədliyyə Departamenti, Xəzinədarlıq Departamenti və ABŞ Məxfi Xidməti tərəfindən reallaşdırılacaq.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay